Bir ailənin iki gəlini dəm qazından zəhərləndi -

Bir ailənin iki gəlini dəm qazından zəhərləndi

 Qobustanda bir ailənin iki gəlini dəm qazından zəhərlənib.  AZpress.AZ unikal.org-a istinadən xəbər verir ki, hadisə rayonun Ərəbqədim kəndində baş verib.

 

Kənd sakinləri - 1987-ci il təvəllüdlü Xəlilova Vüsalə Musaxan qızı və eltisi, 1993-cü il təvəllüdlü Xəlilova Azadə Ələkbər qızı hamamda olarkən dəm qazından zəhərlənib. Qəfil huşunu itirən qadınlar yerə yıxılıblar. Onlar bu vəziyyətdə ailə üzvləri tərəfindən tez aşkarlanıb və Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

 

Hər iki qadının həyatını xilas etmək mümkün olub. Onlara tibbi yardım göstərilib, reanimasiya şöbəsinə yerləşdirilib.

 

Hər iki şəxsin vəziyyəti orta ağır kimi qiymətləndirilir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !