Dilənməyə getdikləri evi soyan qadınlar iş başında tutuldu -

Dilənməyə getdikləri evi soyan qadınlar “iş başında” tutuldu

Şəki rayonu Zunud kənd sakini Arif İdrisovun evindən pul və qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyindən AZpress.AZ - ya verilən məlumata görə, soyğunçular həyətdən çıxmaq istəyərkən ev sahibi tərəfindən yaxalanıblar.

O, hadisə barədə Şəki ŞRPŞ-yə məlumat verib və polis əməkdaşları hadisə yerinə baxış keçiriblər. Aparılmış ilkin araşdırmalarla soyğunçuluğu edən şəxslərin Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuş Nazdı Mahmudova və Seyran Nadirova olduqları müəyyən edilib.

Dilənçilik fəaliyyəti ilə məşğul olan qadınlar evə qanunsuz daxil olaraq oradan 1166 manat pulu və qızıl-zinət əşyalarını götürüb evdən çıxmaq istəyərkən ev sahibi A.İdrisov tərəfindən yaxalanıblar.

Faktla bağlı ŞRPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır. 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !