Qubada ailə dramı: - Qadın ərindən 5 gün sonra özünü asdı

Qubada ailə dramı: Qadın ərindən 5 gün sonra özünü asdı

Yanvarın 2-də Quba rayonunda intihar hadisəsi baş verib. AZpress.AZ  Publika.az-a istinadən xəbər verir ki, rayonun Susayqışlaq kənd sakini, 1972-ci il təvəllüdlü Bədirxanova Ceyran Kamal qızı yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib.

Məlumata görə, beş gün əvvəl, yəni dekabrın 29-da Ceyran Bədirxanovanın həyat yoldaşı - 1969-cu il təvəllüdlü Səməd Bədirxanov özünü yaşadığı evin talvarından asaraq intihar edib.

Bildirilir ki, ailədə ciddi problemlər olub. Səməd Bədirxanovun ölümündən sonra dərin psixoloji sarsıntı keçirən qadın özü də həyatına son qoyub.

Hər iki faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır. 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !