​​​​​​​"Qəfil başlayan kəskin baş ağrıları mütləq araşdırılmalıdır" - - MÜSAHİBƏ

​​​​​​​"Qəfil başlayan kəskin baş ağrıları mütləq araşdırılmalıdır" - MÜSAHİBƏ

Baş ağrılarından əziyyət çəkməyən çox az sayda insana rast gəlmək olar. Əksəriyyət istər qısa, istərsə də uzun müddətli baş ağrılarından şikayət edir. Bəzən adi sayılan, gündəlik təkrarlanan baş ağrıları osteoxondrozun, hətta beyin şişlərinin əlaməti ola bilər. Bəs hansı hallarda həkimə müraciət etmək lazımdır? Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Neyrocərrahiyyə şöbəsinin müdiri, neyrocərrah Fərid Qaralov e-tibb.az-a müsahibəsində baş ağrıları, beyin şişi, osteoxondroz, onurğa ağrıları və digər mövzulara toxunub.

 

- Fərid həkim, insanlar tez-tez baş ağrılarından şikayət edirlər. Baş ağrıları nəyin əlamətidir?

 

- Ümumilikdə baş ağrılarına əksər insanda rast gəlinir. Ancaq çox halda bu, hansısa ciddi xəstəliyin göstəricisi deyil. Qəfil və kəskin başlayan, uzun müddət davam edən baş ağrıları mütləq şəkildə araşdırılmalıdır. Araşdırmanın nəticəsinə müvafiq olaraq, ciddi bir səbəb varsa, xəstə müalicə olunmalıdır. Xüsusilə, kəskin başlayan baş ağrıları çox önəmlidir, bizi də ən çox maraqlandıran sahə budur.

 

- Belə ağrılar nə zaman beyin şişi ilə bağlı ola bilər?

 

- Bu yaxınlarda bir xəstə üzərində əməliyyat icra etdik. Xəstənin şikayəti sadəcə epileptik tutma idi. Həmin xəstənin nə bir dəfə başı ağrıyıb, nə də digər bir qüsuru var idi. Yüngül qıcolma baş vermişdi. Araşdırma apardıq, xəstədə beyin şişi aşkarladıq. Törəmə kütlə deməkdir. Çünki beynin özü qapalı sistem olduğu üçün kütlə orada sıxılmaya gətirib çıxarır, nəticədə baş ağrısının ortaya çıxmasına səbəb olur. Ancaq hər beynində şişi olan insanın başı ağrımaz. Yaxud da hər başı ağrıyan insanın beynində şiş olmaz.

 

- İnsanlarda ən çox rast gəlinən beyin şişi hansılardır?

 

- Çox təəssüf ki, insanlarda ən çox rast gəlinən qlioblastoma dediyimiz beyin şişidir. Ən bədxassəli beyin şişi də budur. Beyində xoşxassəli törəmələr də olur və cərrahi əməliyyatla xəstə tamamən sağlamlığına qovuşa bilir. Çox halda təəssüf ki, qlioblastoma olur və bu, heç də yaxşı nəticələnmir. Burada söhbət sonuncu dərəcəli beyin xərçəngindən gedir.

 

- Ayaqlarda keyləşmə xəstəlik əlaməti ola bilərmi?

 

-Əgər insanın ayağı ağrıyırsa, bu, bir neçə səbəbdən ola bilər. Hər xəstə həkim müayinəsindən keçməlidir. Biz əgər şübhələniriksə ki, bu, həqiqətən damar problemidir, xəstəni mütləq dopler müayinəsinə göndəririk. Yaxud da şübhələniriksə ki, bu, ortopedik sıxıntıdır, onun oynaq problemlərini araşdırmağa çalışırıq. Onurğa ilə bağlı problem olduğunu düşünürüksə, MRT müayinəsi ilə onu aşkarlamağa çalışırıq. Doğru verilmiş rəylə, doğru müalicə ilə xəstə şəfa tapır. Xəstə olur, onurğasından əməliyyat edirsən, ağrı keçmir. Nəyə görə keçmir? Çünki bud çanağında da problem varmış. Bu hal gözdən qaçıbsa, xəstənin şikayəti davam edər.

 

- Osteoxondroz və onun müalicəsi necə aparılmalıdır?

 

- Osteoxondroz çox halda radioloji diaqnozdur. Yəni, mənim şikayətim yoxdur, təsadüfən MRT çəkdirən zaman osteoxondroz çıxır. Osteoxondroz, adətən, yaşla bağlı olan müəyyən dəyişiklikdir. Dərimiz qocaldığı kimi, onurğamız da qocalır. Bu, erkən yaşda baş verirsə, səbəbi mütləq araşdırılmalıdır. Osteoxondroz bəzən endokrinoloji, yaxud da sinir sistem xəstəlikləri ilə əlaqədar ortaya çıxır. Normal qidalanma, çəkiyə nəzarət, gündəlik yaşam tərzinə diqqət yetirilməsi, oturaq həyatdan uzaq durulması, açıq havada çoxlu gəzmək, çoxlu maye qəbul etməklə sağalmaq mümkündür. 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !