Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu - + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

“Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Lənkəran rayonunun Şağlaser kənd məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” adlı layihə çərçivəsində rayonun Şağlaser kənd tam orta məktəbində maarifləndirici tədbir keçirilib.

AZpress.AZ xəbər verir ki, tədbiri giriş sözü ilə açan Şağlaser kənd məscidi dini icmasının sədri Ruhulla Ruhullayev çıxışında keçirilən tədbirin gənclərin sağlam və vətənpərvər ruhda böyüməsində vacib rol oynadığını vurğulayıb.

DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında ölkəmizdə gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi, onların zərərli vərdişlərdən, dini radikalizmdən qorunması, eləcə də, erkən nikahların aradan qaldırılması sahəsində mühüm tədbirlər həyata keçirildiyini iştirakçıların diqqətinə çatdırıb. E.Həmidli milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsində gənclərin üzərinə mühüm vəzifələr düşdüyünü bildirib.

Məktəbin direktor müavinləri Rauf Sadıqov, Məhəbbət Məmmədova və məktəbin müəllimi İbadət Cəlalov çıxışlarında zərərli vərdişlərə və erkən nikaha qarşı mübarizədə gənclərin elm və təhsilə yiyələnmələrinin, milli-mənəvi dəyərlər ruhunda formalaşmalarının əhəmiyyətini qeyd ediblər.

Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !