TOPs məktəbləri arasında Futbol Festivalı keçirilib - (+FOTOLAR)

TOPs məktəbləri arasında “Futbol Festivalı” keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, TOPs proqramının V mövsümü çərçivəsində 31 Dekabr – “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni 2019-cu İl” bayramı münasibətilə “Futbol Festivalı” təşkil edilib.

TOPs proqramı – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyalarının yaradılması” layihəsi “İnkişaf Naminə İdman” ictimai birliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə birgə 2014-2015-ci tədris ilindən başlayaraq ölkədə həyata keçirir.

Proqram Britaniya təcrübəsinə əsaslanaraq ümumtəhsil məktəblərində fiziki tərbiyə fənnini tədris edən müəllimlərin TOPs metodologiyası ilə bilik, bacarıqlarının zənginləşdirilməsi və şagirdlərin sağlamlıqlarının möhkəmləndirilməsi məqsədi ilə həyata keçirilir. Bu metodika fiziki tərbiyədə həm də inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir.

Layihənin əsas vəzifələrindən biri də təhsilalanların bədən tərbiyəsi və idmana olan həvəsinin artırılmasıdır. Bu məqsədlə “İnkişaf Naminə İdman” ictimai birliyi milli və beynəlxalq tərəfdaşları ilə birgə müntəzəm olaraq müxtəlif layihələri çərçivəsində bir çox idman festivalları və digər bu kimi rayon, həmçinin şəhər səviyyəli tədbirlər təşkil edir.

Növbəti belə tədbir “TOPs məktəbləri arasında Futbol Festivalı” olub. Festivalın təşkilində digər məqsəd 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının Bakı şəhərində təşkil ediləcək final oyununun təbliğ olunmasıdır.

Futbol festivalında Binəqədi rayonu - 83, 99, 102,115, 135, 143, 244, 248, 276 və 283 № li məktəblərin şagirdləri və öz Real Madrid Fondunun sosial futbol məktəbinin idmançıları da iştirak ediblər. Bakı Tennis Akademiyasında təşkil edilən Festivalda 200 nəfərdən çox şagird bir çox idman fəaliyyətləri ilə öz bacarıqlarını nümayiş etdiriblər.

Festivalı izləyənlər arasında TOPs proqramı üzrə tərəfdaş təşkilatların nümayəndələri, məktəb rəhbərliyi və şagirdlərin valideynləri də olublar.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Layihə indiyədək Azərbaycanının 7 bölgəsindən - Bakı, Sumqayıt, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Laçın və Qubadlı - 250 məktəbi əhatə edib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

           

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !