..."Ay Yetim - red." get öz dərdini çək... - - Kərim Kərimli

..."Ay Yetim - red." get öz dərdini çək... - Kərim Kərimli

DÜNƏN AXŞAM...
...tədbirdən çıxıb dayanacaqda avtobus gözləyirdik. Elə bu zaman yol polisi bir "BMW" markalı maşını saxlatdı. Polis sürücüyə yaxınlaşıb özünü təqdim etdi. Sürücü maşından düşdü.
Dayanacaqda dayanan, mənim rəhmətlik "qoja"larımdan (bizim kənddə atanın, ananın xala, mama və bibilərinə "qoja" deyirdilər) birinə oxşayan, ağzında dərmana bir dişi də qalmayan, cındırından cin hürkən (lağ ilə demirəm, görkəmini təsvir edirəm), əlindəki kirli torbadakı "it p..u, cəhrə qırı"ndan vəziyyəti bilinən qoca bir qadın qəfildən polisə "hücuma" keçdi:
- Hııı!!! Nədi??? Nə istəyirsiniz? Niyə qoymursunuz yazıq ailəsinə bir tikə çörək aparsın? O da çörəyə çıxıb də... Onun da yəqin ailəsi var, balaları var... Niyə mərdimazarlıq edirsiniz? Burnunuzdan gələcək e, hamısı, hər şeyin öz vaxtı var...
Dayanacaqda bir gülüşmə qopdu ki, gəl görəsən...
Polislər də, "BMW"-nin sükanından düşən də camaata qoşuldu.
Qadın azacıq geriyə həsləsə də təslim olmadı:
- Nəyə gülürsünüz?! Düz deyirəm də, o da çörəyə çıxıb...
Dayanacaqdakı gənclərdən biri ona yaxınlaşdı:
- Bibi, sən narahat olma. Bu "çörəyə çıxan"ın maşınının aşağısı 100 min qiyməti var. Təkcə nömrəsi 10 mindir. Hələ ayrı şeyləri demirəm... Sən də başlamısan... Get öz dərdini çək...
Bu ərəfədə "BMW"-nin sürücüsü ilə polislər nə danışdılar, nə danışmadılar, bilmirəm, sürücü öz maşınına yaxınlaşdı və "BMW" yerindən götürüldü. Yerə düşən polis də öz maşınına minə-minə dedi:
- Ombudsman xalanın biri az idi də, biri də burdan çıxdı...))) 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !