TUALET HƏRƏKATI... - - Arzu Bəyim yazır

TUALET HƏRƏKATI... - Arzu Bəyim yazır

Bəli, belə bir hərəkata başlamaq istəyirəm. Məlumdur ki, Azərbaycanda ictimai yerlərdə, xüsusulə təhsil ocaqlarının, orta ümumtəhsil məktəblərinin çoxunda sanitariya qovşaqlarının, tualetlərin vəziyyəti yaxşı deyil. Paytaxtdan uzaqlaşdıqca isə onlara ümumiyyətlə sanitariya qovşağı demək olmaz. Regionlarda, əsasən də kənd yerlərində məktəblilər təbii ehtiyaclarını ödəmək üçün dərs arası evlərinə qaçmağa, yaxud yaxınlıqda yaşayan qohumlarının evlərinə getməyə məcbur olurlar. Valideynlərlə söhbətlərimə əsasən deyə bilərəm ki, dərs bitəndə evə şalvarı islanmış halda qayıdanlar da olur.
Belə məktəb tualetləri ən müxtəlif xəstəliklərin mənbəyi olmaqla yanaşı, mənəvi cəhətdən də şagirdlərə çox pis təsir edir. Mənim fikrimcə, o tualetlərdən hər dəfə istifadə edəndə insan öz şəxsiyyətini alçaldılmış hiss edir. Belə insanın böyük xəyallarla yaşaması çox çətindir.
Odur ki, hamını (həmkarlarımı, müəllimləri, valideynləri, tələbələri, şagirdləri, təhsil işçilərini və ləyaqətlə yaşamaq hüququnu anlayan hər bir vətəndaşı) bu məsələni ictimailəşdirməyə, problemin həlli ilə bağlı təkliflər irəli sürməyə və imkanı və səlahiyyəti olanları əməli addımlar atmağa çağırıram.
Məsələn, mənim ağlıma belə bir fikir gəlir. Təhsil Nazirliyi son illər orta məktəblərə müxtəlif layihələrin gerçəkləşdirilməsi üçün qrantlar ayırır. Bu yaxşı haldır. Amma ayrılan maliyyə vəsaitləri bəzi hallarda uzunmüddətli faydası olmayan tədbirlərin, görüşlərin keçirilməsinə yönəldilir. Yaxşı olardı ki, belə qrantlar həm də məktəblərin sanitariya qovşaqlarının abadlaşdırılması və müasirləşdirilməsi kimi layihələr üçün ayrılsın. Mövcud tualetlərin saz və təmiz saxlanması üçün məktəblərə əlavə personal ayrılsın.
Xahiş edirəm ki, Siz də bu məsələ ilə bağlı təkliflərinizi rəylərdə yazasınız. Ümid edirəm ki, başlamaq istədiyim hərəkat reaksiyalarınız sayəsində problemi ölü nöqtədən tərpədəcək ən azından.  

 

 

AZpress.AZ xəbər saytı ilk dəfə bu mövzuya 8 il əvvəl müraciət etmişdir. Və hələ də paytaxtımızda bu problem həll olunmamış qalıb. 

 

 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

           

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !