Gənclər Fondunun dəstəyi ilə Qusarda Cümhuriyyətin 100 illiyi münasibətilə tədbir keçirilib - (+FOTOLAR)

Gənclər Fondunun dəstəyi ilə Qusarda Cümhuriyyətin 100 illiyi münasibətilə tədbir keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Qusar rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi icraçılığı və Qusar rayon Gənclər və İdman İdarəsinin və Qusar rayon Təhsil Şöbəsinin təşkilatı dəstəyi ilə “Cümhuriyyət kuboku” intellekt festivalı adlı layihə çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə turnir keçirilib.
Rəsmi hissədə çıxış edən təşkilatın sədri və layihə rəhbəri Ramin Mahmudov qeyd edib ki, layihə intellektual oyunlar vasitəsilə yeniyetmə və gənclərin vətənpərvərlik, vətəndaşlıq, dövlətçilik və Vətənə sədaqət ruhunda tərbiyə edilməsinə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunmasına dair sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsinə dəstək vermək məqsədi daşıyır.

Layihə çərçivəsində Xızı, Siyəzən, Şabran, Xaçmaz, Qusar və Quba rayonlarında yaşayan və təhsil alan gənclərin əhatə olunacağını qeyd edən natiq çıxışında bildirib ki, cənab Prezidentin müvafiq sərəncamı ilə 2011-ci ildə yaradılan fondun sayəsində bütünlükdə ölkənin hər bir yerində gəncləri əhatə edən yüzlərlə layihə icra edilib və edilməkdə davam edir. Layihə rəhbəri fondun fərdi gənclərə də qrant ayırdığını, eyni zamanda bu ildən startap layihələrə, tələbələrin təhsil haqlarının ödənilməsinə də dəstək olduğunu bildirərək gəncləri bu imkanlardan istifadə etməyə çağırıb.

Tədbirdə çıxış edən Qusar rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Sevil Dəmirova layihənin icrasında Qusar gənclərini də nəzərə aldıqlarına görə həm təşkilat komitəsinə, həm də dəstəyə görə Gənclər Fonduna minnətdarlığını bildirib.

Rəsmi hissədən sonra 9 komandanın iştirak etdiyi intellektual oyuna start verilib.
Yekun nəticəyə əsasən “TTS” komandası birinci, “Pranga” komandası ikinci, “De-Fakto” komandası isə üçüncü mükafata sahib olub.

Qalib və mükafatçılara layihə çərçivəsində hazırlanmış, medallar, diplomlar, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən bəhs edən statistik məlumatların əks olunduğu “100 illik qürur” adlı kitabçalar, bütün iştirakçılara iştirakçı şəhadətnamələri təqdim edilib.
 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !