Bakı Musiqi Akademiyasında Aydan Cəfərovanın məzun konserti keçirilmişdir - (+FOTOLAR)

Bakı Musiqi Akademiyasında Aydan Cəfərovanın məzun konserti keçirilmişdir (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, 24 dekabr 2018-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında həmin təhsil ocağının magistri, Beynəlxalq Müsabiqələr laureatı Aydan Cəfərovanın məzun konserti keşirilmişdir.

Müəllim və konsertin bədii rəhbəri BMA-nın dosenti, fəlsəfə doktoru Könül Hüseynovanın təşəbbüsü ilə ərsəyə gələn konsert maraqlı, rəngarəng və əsrarəngiz nömrələri ilə tamaşaçıların yaddaşlarında unudulmaz izlər buraxdı.

Belə ki, konsert proqramında səslənən R.Leonkovallonun "Məshəkəşilər" operasından Proloq, Y.Sibeliusun 1 saylı "Mazurka", S.Raxmaninovun və P.İ.Çaykovskinin romansları, Q.Qarayevin "Yeddi gözəl" baletindən "Vals", A.Piatsolonun "İnvierno Porteno" ("Qış") triosu solistlər - Azərbaycan Respublikasının əməkdar artistləri Anton Ferştandt (vokal), Əyyub Quliyev (cello), Respublika və Beynəlxalq müsabiqələr laureatı Mahir Tağızadə (vokal), BMA-nın magistri Renata Əbubəkirova (violin) və konsertin səbəbkarı Aydan Cəfərovanın (fortepino) özünəməxsus, rəngarəng təfsir məharəti, yüksək ifaçılıq ustalığı ilə konsert izləyicilərinin böyük marağına səbəb oldu.

Konsertin ən maraqlı məqamları isə Ş.Qunonun "Faust" operasından Mefistofelin kupletləri və Kilsə önündə səhnədən Mefistofel ilə Marqaritanın dueti idi.

Belə ki, ilk dəfə olaraq BMA-nın səhnəsində bu əsər opera variantında olduğu kimi solistlərdən əlavə xor və orqanın müşayiəti ilə ifa olundu.

Mefistofelin kupletlərində vokalçı Anton Ferştandtın bir vokalçı kimi yüksək səviyyəli oxu tərzi, son dərəcə təbii və yüksək artistik məharəti oğlanlar xorunun üzvlərinin Mefistofel ilə canlı, dinamik ünsiyyəti ifaçıların peşəkar xüsusiyyətlərin göstəricisi kimi dəyərləndirilə bilər.

"Mefistofel ilə Marqaritanın dueti" səhnəsi isə bütün izləyiciləri öz cazibə qüvvəsi və əzəməti ilə ovsunladı. Könül Hüseynovanın maraqlı ideyaları ilə zənginləşən səhnə əsl opera ab-havası yaratmış oldu. Pianoçunun giriş mövzusunu səhnə arxasında ifa etməsi, daha sonra orqan ifaçısı Gülnar Mirqasımın orqanda ifası zamanı açılan pərdələr, bu anda kilsəyə dua etməyə gedərkən əllərində şam ilə görünən Əməkdar artist Yulizana Kuxmazovanın rəhbərliyi ilə Bakı Musiqi Akademiyasının tələbə xorunun üzvləri , onlarla birgə Marqarita ilə pianoçunun əllərində şamla, səhnəyə obrazlı gəlişləri çox böyük maraqla qarşılandı. Marqaritanın ilk mövzusundan sonra Mefistofelin səhnədən deyil, məhz zaldan ifası isə əsərin bədii təsir gücünü artıran amillərdən idi. Oxuyaraq aramlı addımlarla səhnəyə qalxan Mefistofel bütün lənətini Marqaritaya yağdıraraq onun cəhənnəm odunda yanacağı obrazını çox böyük təbiiliklə yaratmış oldu. Marqaritanın ümidlə yandırdığı şamların Mefistofel tərəfindən söndürülməsi isə Marqaritanın arzularının puç olmasını təzahür etdirən amillərdən idi.

Marqarita obrazını canlandıran Azərbaycan Respublikasının əməkdar artisti Fəridə Məmmədova yüksək peşəkarlıq qabiliyyətini bir daha sübüt edərək tamaşaçıların böyük alqışlarını qazandı.
Pianoçu Aydan Cəfərovanın solistləri böyük həssaslıqla duyma məharəti, onlarla obraz və bədii cəhətdən əsərlərə maraqlı və yeni ifaçılıq çalarları bəxş etmə bacarığı və burada dosent Könül Hüseynovanın bir müəllim və bədii rəhbər kimi yüksək peşəkar keyfiyyətləri konsertdə iştirak etmiş musiqiçi professor-müəllim heyəti tərəfindən yüksək qiymətləndirildi.

Konsertin sonunda Yulizana Kuxmazovanın yüksək peşəkarlıqla idarə etdiyi xor kollektivi ilə Aydan Cəfərova tərəfindən bis çağırışına ifa olunana "Wish you a Merry Christmas" mahnısı isə bütün izləyicilərə yeni il qabağı gözəl musiqi hədiyyəsi olaraq konsertin bayram əhval-ruhiyyəsində yekunlaşmasını şərtləndirdi.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !