Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilib - (+FOTOLAR)

Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, XV Qurultaya ümumi təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən isə 200-dən artıq nümayəndə qatılıb.

Qurultay Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlayıb. Daha sonra tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin və Azərbaycan müəllimlərinin 14-cü qurultayından ötən dövr ərzində vəfat etmiş təhsil işçilərinin əziz ruhlarını bir dəqiqəlik sükutla yad ediblər.

Bunun ardınca Azərbaycan prezidenti İlham Əliyevin müəllimlərə ünvanlandığı təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub. Məktubda deyilir: "Hörmətli qurultay iştirakçıları, əziz müəllimlər və təhsil işçiləri. Sizi - Azərbaycan müəllimlərinin XV qurultayının iştirakçılarını səmimi salamlayır, ölkəmizin bütün təhsil işçilərinə ən xoş arzularımı bildirir, hər birinizə çətin, şərəfli fəaliyyətinizdə yeni nailiyyətlər arzu edirəm.

Tədbirdə "Azərbaycan Respublikasında təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn məsələlər və qarşıya qoyulan əsas hədəflərin həyata keçirilməsi məsələləri müzakirə olunur. Eyni zamanda ümumi təhsil sahəsi ilə bağlı panel müzakirələr aparılıb.

Qurultay çərçivəsində həmçinin Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Əməkdar müəllim” fəxri adı və “Tərəqqi" medalına layiq görülən 100-dən artıq təhsil işçisinə dövlət təltifləri təqdim edilməsi ilə yanaşı musiqi nömrələrinə yer verilib.

Belə ki, ilk öncə Ü.Hacıbəyil adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin ifasında (Dirijor: Xalq Artisti Fəxrəddin Kərimov) Aqşin Əlizadə "Cəngi", Qara Qarayev “İldırımlı yollarla” baletindən ehtiraslı qızların rəqsi səslənib.

Daha sonra bir-birindən parlaq ifaçılar tərəfindən (Niyazi “Arzu” (İfa edir: Beynəlxalq müsabiqə laureatı, Azərbaycan Dövlət Musiqili Teatrın solisti Aydan Həsənova), Azərbaycan Xalq mahnısı “Qaragilə” (İfa edir: Xalq artisti Nəzakət Teymurova), Fikrət Əmirov “Sevgi rəqsi” (İfa edir: Beynəlxalq müsabiqələr laureatı Ceyla Seyidova), Emin Sabitoğlu “Şükriyyə” (İfa edir: Xalq artisti Azər Zeynalov), Caz kompozisiyası (İfa edir: Əməkdar Artist Isfar Sarabski), Fikrət Əmirov “Şeyx Sənan” dramına yazılmış musiqidən Kor ərəbin mahnısı (İfa edir: Xalq artisti Mənsum İbrahimov), H.Rzayev “Çahargah rapsodiyası” (Solistlər: Respublikanın əməkdar artistləri Elçin Həşimov, Elnur Əhmədov), Qarabağ Şikəstəsi (İfa edir: Xalq artistləri Mənsum İbrahimov və Nəzakət Teymurova. Müşayiət edirlər: Əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədov), Müslüm Maqomayev “Azərbaycan” (İfa edir: Beynəlxalq müsabiqələr laureatı, Opera və balet teatrının solisti Taleh Yəhyayev)) musiqi nömrələri ifa edilib.
Qeyd edək ki, konsertin bədii rəhbəri Xalq artisti, professor Yeganə Axundovadır.
 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !