Fərhad Bədəlbəyli Çinin Lançjou İncəsənət və Elm Universitetinin nümayəndə heyəti ilə görüşüb - (+FOTOLAR)

Fərhad Bədəlbəyli Çinin Lançjou İncəsənət və Elm Universitetinin nümayəndə heyəti ilə görüşüb (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, 22 dekabr 2018-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, professor Fərhad Bədəlbəyli Çinin Lançjou İncəsənət və Elm Universitetinin nümayəndə heyəti ilə görüşüb. Görüşdə Lançjou Universitetinin Partiya Komitəsinin katibi Yan Xiaohui, Vitse-prezident Zheng Weiqiang, Tədris məsələləri üzrə dekan Xue Huaiging, Musiqi departamentinin dekanı Wang Cai, Xarici məsələlər üzrə direktor Ma Zhngzhao, həmçinin Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova iştirak edib.

Keçirilən görüş Azərbaycan Respublikası və Çin arasında dinamik inkişaf edən diplomatik münasibətlər haqqında söhbətlə başlayıb və iki ölkənin musiqi mədəniyyətinin və ənənələrinin yaxınlığı xüsusilə vurğulanıb. Daha sonra isə müzakirələr iki ali təhsil müəssisəsinin strukturu və qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri haqqında fikir mübadiləsi ilə davam edib.
Sonda Bakı Musiqi Akademiyası və Lançjou İncəsənət və Elm Universiteti arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memorandumda qarşılıqlı müəllim və tələbə heyətinin mübadiləsi, birgə tədqiqat fəaliyyəti, konfranslar, bədii tədbirlər və akademik proqramlar nəzərdə tutulub.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !