Xətai Sənət Mərkəzində Qızıl Ay Rəsm Kursunun sərgisinin keçirilməsi nəzərdə tutulmuşdur -

Xətai Sənət Mərkəzində “Qızıl Ay” Rəsm Kursunun sərgisinin keçirilməsi nəzərdə tutulmuşdur

AZpress.AZ xəbər verir ki, 2018-ci il, dekabr ayının 28-də, saat 17:00-da Xətai Sənət Mərkəzində “Qızıl Ay” Rəsm Kursunun rəssamlarının “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” mövzusunda sərgisinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Sərgi ilə yanaşı “Kids Fashion Design” adlı layihə çərçivəsində dəb nümayişi də keçiriləcəkdir. Layihə zamanı uşaqlar tərəfindən çəkilən moda eskizləri əsasında geyimlər tikildi. Həmin geyimləri təqdim edəcək kiçik modellər eyni zamanda öz geyimlərinin modelyeridir.

Sərginin keçirilməsində məqsəd Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə uşaqlarda bədii zövqün formalaşmasını stimullaşdırmaq, yaradıcılıq duyğularının inkışafı, əhatə olunmuş mühitə münasibət və ona yanaşma tərzinin mükəmməlləşməsinə təkan, ən əsas da doğma elə, vətənə - onun tarixinə, bu gününə məhəbbəti aşılamaqdır. Dəb nümayişinin təşkilində isə məqsədimiz uşaqlarda özünü ifadə və özünü-təqdimat bacarığını inkişaf etdirməkdir. Uşaqların hazırladıqları geyimlərdə rəng harmoniyası, milli sərvətlərimiz, simvol və atributlarımızdan istifadə edərək qurduqları fantaziya onların şəxsi fikirlərinin təcəssümü olacaqdır.

Sözü gedən tədbirdə Rəssamlar İttifaqının nümayəndələrinin, memarların, incəsənət xadimlərinin və rəssamların, həmçinin kütləvi informasiya vasitələrinin mənsublarının iştirakı nəzərdə tutulmuşdur. Sərgidə 50-dən çox şagirdin əsərlərinin, 20-dək geyim nümunələrinin nümayişi nəzərdə tutulmuşdur.
Sərgidə tədbir iştirakçıları sertifikat və hədiyyələrlə təltif olunacaqlar.
 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !