Balet yazan ilk qadın sənətkarımız - - Lalə Cəfərova (+FOTOLAR)

Balet yazan ilk qadın sənətkarımız - Lalə Cəfərova (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Bakı Musiqi Akademiyasının məzunu, Beynəlxalq Müsabiqələr laureatı Lalə Cəfərova tanınmış bəstəkarlarımızdandır. 1991-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsini bitirən gənc pianoçu, sonrakı illərdə təhsilini bəstəkarlıq fakültəsində davam etdirmiş, dünyaşöhrətli, görkəmli bəstəkar Arif Məlikovun sinfini fərqlənmə diplomu ilə bitirmişdir. L. Cəfərova hələ tələbəlik illərində müxtəlif janrlarda yazdığı musiqi əsərləri ilə fərqlənmişdir.

Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan Lalə xanım mövzusu Şərq ədəbiyyatından alınmış «Rüstəm və Söhrab» baleti ilə musiqi tariximizə ilk balet müəllifi olan qadın sənətkar kimi daxil olmuşdur. O, bəstəkarlıqla yanaşı elmi və pedaqoji fəaliyyət də göstərir. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosentdir. Musiqi Akademiyası ilə yanaşı, Bakı Xoreoqrafiya Akademiyasında dərs deyir.

Bu günlər çalışdığı Bakı Xoreoqrafiya Akademiyasında müəllif konserti keçirilmişdir.

Konsert çərçivəsində Azərbaycan Televiziya və Radiosunun Tofiq Əhmədov adına estrada-simfonik orkestrinin solisti Şeyda Ələsgərova, Azərbaycan Telelviziya və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin solisti, Respublika və Beynəlxalq müsabiqələr laureatı İbrahim Babayev, Bakı Xoreoqrafiya Akademiyasının dosenti, Respublika müsabiqəsi laureatı Nigar Ağayeva, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin solisti, Turanə İsayeva, Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin solisti Camal Bayramlı, Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Dövlət simfonik orkestrinin solisti Akif Rəhimov, Bakı Xoreoqrafiya Akademiyası İncəsənət fakültəsində musiqi sənəti ixtisası üzrə təhsil alan I kurs tələbəsi Lalə Musayeva, həmçinin, BXA-nın instrumental ifaçılıq və musiqi müəllimliyi ixtisasları üzrə təhsil alan tələbələri L. Cəfərovanın müəllifi olduğu “Karvan və rəqs”, “ Dəniz və tokkato”, “Rüstəm və Söhrab”, “Blyuz” və “ L” kimi musiqi kompozisiyalarını səsləndirdilər.
Konsert tamaşaçılar tərəfindən böyük maraq və anşlaqla qarşılandı.

Atababa İsmayıloğlu
 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !