İradə Gülməmmədova uşaq bağçasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış oldu - (+FOTOLAR)

İradə Gülməmmədova uşaq bağçasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış oldu (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, İradə Gülməmmədova uşaq bağçasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış oldu

Abşeron rayonu Xırdalan şəhər 22 saylı körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra qapılarını balaca fidanların üzünə açıb.

Rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova əsaslı təmirdən sonra istifadəyə verilən uşaq bağçasında yaradılan şəraitlə tanış olub. Bildirilib ki, 1964-cü ilə kimi fəhlə yataqxanası, sonralar isə bağça kimi istifadə olunan binada yalnız 2006 –cı ildə cari təmr işləri aparılıb. Hazırda isə 110-dan çox uşaq üçün nəzərdə tutulan bağça binası əsaslı şəkildə təmir olunub, təhlükəsiz şərait yaradılıb. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq, onların istirahətini yüksək səviyyədə təşkil etmək üçün hər cür şərait var. Məktəbəqədər müəssisənin həyətində abadlıq və quruculuq işləri görülüb, ərazi asfaltlanıb, müasir işıqlandırma sistemi quraşdırılıb. Balaca fidanların maraqları nəzərə alınaraq bağçanın həyətində xüsusi istirahət guşəsi də yaradılıb.

Binanın foyesində ulu öndər Heydər Əliyevin, dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət guşə yaradılıb.

Bağça ilə tanışlıqdan sonra xanım başçı bağçada uşaqlar üçün düzənlənmiş Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik gününü bayramında da iştirak edib.

Bayram şənliyində iştirak edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova qarşıdan gələn yeni il münasibətilə bütün balaları təbrik edib, onlara ən səmimi arzularını bildirib. Qeyd edib ki, "Uşaqlar bizim gələcəyimizdir”, - deyən ulu öndər Heydər Əliyevin uşaqlara olan diqqət və qayğısı bu gün Respublika Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Respublikamızda saysız-hesabsız məktəb binaları, uşaq bağçaları tikilib körpə fidanların istifadəsinə verilir. Bunun nəticəsidir ki, Azərbaycan uşaqları bu gün dünyanının ən xoşbəxt uşaqlarıdır.

Rayon rəhbəri son illər Abşeron rayonunda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən də danışıb. Bildirilib ki, son 10 ildə rayon ərazisində 50-dən çox məktəb və bağça tikilərək istifadəyə verilib.

 

Balaca fidanların ifasında söylənilən Yeni illə bağlı şerlər, mahnılar, eləcə də nümayiş etdirilən mili və xarici rəqs nömrələri alqışlarla qarşılanıb. Balacaların nümayiş etdirdiyi yeni il səhnəcikləri maraqla izlənilib. Uşaqlar Şaxta baba obrazlarını canlandıraraq, şənliyi daha da yaddaqalan ediblər. Şaxta babanın və Qar qızın hədiyyələrlə şənliyə gəlməsi, uşaqların bayramını təbrik edərək hədiyyələr paylaması və onlarla birgə rəqs etməsi tədbirə rəng qatıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !