Heyvanın bilmədiyimiz faydaları -

Heyvanın bilmədiyimiz faydaları

Ürəkaçan xoş ətri və turşməzə dadı ilə payız mövsümünün ən çox sevilən meyvələrindən olan heyva, həm də bir çox xəstəliklərin profilaktikasında və müalicəsində əvəzsiz vasitədir. Heyva meyvələri daha çox emal olunmuş şəkildə istifadə edilsə də, bu meyvədə olan pektin və dabbaq maddələri onun müalicəvi əhəmiyyətini müəyyənləşdirən əsas göstəricilərdir.

Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru, meyvələrlə müalicə sahəsində uzun illik elmi araşdırmaların müəllifi Zaur Həsənov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində heyvanın faydaları, bu meyvə ilə qidalanma və müalicə vasitəsi kimi istifadə qaydaları haqqında danışıb.

Zaur Həsənov bildirib ki, heyva meyvəsində şəkər, turşular, pentozalar, dabbaq maddələri, pektin və protopektin, müxtəlif vitaminlər var. Meyvələrdə olan mineral maddələr (K, Na, Ca, Mq, Te, P, S, Si) 0,51 faiz təşkil edir. 100 qram meyvə 40 kilokalori verməklə qida dəyəri 0,6 qram zülal, 0,5 qram yağlar, 9,6 qram karbohidratlar, 0,8 qram kül elementləri, 84 qram su ilə müəyyənləşir.

İnsanların heyvadan müalicə vasitəsi kimi çox qədimdən məşğul olduqlarını deyən alim qeyd edib ki, hazırda bir sıra ölkələrin xalq təbabətində təzə, suda bişirilmiş heyva və onun həlimi bir çox xəstəliklərin profilaktikası və müalicəsində istifadə olunur.

Alim deyib ki, heyva soyuqdəyməyə, qanaxmaya qarşı yaxşı müalicə vasitəsidir. O, büzüşdürücülük, ümumi möhkəmlik yaratmaq, ödqovucu, sidikqovucu, qankəsici, qanyaradıcı, öskürəkkəsici olmaqla yanaşı, həm də xoraya qarşı, antibakterial və antiseptik xüsusiyyətlidir.

Müalicə vasitəsi kimi heyvanın meyvələri, yarpağı və toxumları istifadə edilir. Xalq təbabətində və müasir əczaçılıqda heyva meyvələrinin toxumluğundan və toxumlarından geniş istifadə edilir. Toxumlarda amiqdalin qlükozidi (0,530 – 0,505 faiz), emulsin fermenti, şəkərlər, pektin maddələri, nişasta, dabbaq maddələri, zülal və sair var. Toxumlardan bəlğəmgətirici, öskürəkkəsici, mədə-bağırsaq xəstəlikləri zamanı sakitləşdirici və yumşaldıcı vasitə kimi istifadə edilir. Uşaqlarda ishal xəstəliyi zamanı heyva toxumlarından hazırlanmış sulu məhlul yaxşı nəticə verir. Həmçinin bu məhlul xalq təbabətində saçın bərkiməsi üçün də tətbiq edilir. Meyvələri, həmçinin onların cövhəri və ekstraktı qanazlığını aradan qaldırır, ürək döyüntülərini səngidir, ümumi zəifliyi aradan qaldırır. Təzə meyvələr vərəm və bronxial astma xəstəliyinə qarşı faydalıdır. Heyva meyvələrindən alınmış həlim mədə (qastrit) və bağırsaq (ishal) pozuntuları zamanı yaxşı müalicə vasitəsi hesab edilir. Qara ciyər xəstəlikləri zamanı, ürək bulanmaları və qusmaya qarşı sürtkəcdən keçirilmiş və bişirilmiş meyvələr məsləhət görülür. Ürək- damar xəstəliklərindən şişmələr baş verdikdə heyva meyvələrindən dəmlənmiş çay əlverişlidir. Toxum həlimi yaxşı kosmetik vasitədir. O dərini yumşaldır, həmçinin göz xəstəlikləri zamanı kompres, boğaz ağrıları (angina) zamanı qarqara kimi istifadə edilir. Heyvanın ətri çox ürəkaçandır. O əhvalı yaxşılaşdırır, sıxıntıları aradan götürür. Hamilə qadınlara heyva yemək daha çox faydalıdır. 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !