Vətənim Azərbaycan İntellektual Oyunu layihəsinin seçim turuna Lənkərandan start verildi - (+FOTOLAR)

“Vətənim Azərbaycan” İntellektual Oyunu layihəsinin seçim turuna Lənkərandan start verildi (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə 2018-ci ildə 11-ci qrant müsabiqəsi üzrə 15 noyabr 2018-ci il tarixdən icrasına başlanmış “Vətənim Azərbaycan” intellektual oyunu layihəsi çərçivəsində 22 Dekabr 2018-ci il tarixində Lənkəran şəhər Gənclər Evində Lənkəran rayonu üzrə seçim turu yarışması təşkil edilib. Yarışmada 17-23 yaş qruplarında gənclərdən ibarət 9 komanda və hər komandada 6 nəfər təmsil olunub.

Yarışmanın açılışını giriş sözü ilə başlayan “Vətənim Azərbaycan” intellektual oyunu layihəsinin rəhbəri Famil Məmmədov Azərbaycan Respublikasının Gənclər Fondu, layihə və layihənin məqsədləri haqqında komanda üzvlərini məlumatlandırdı və iştirakçıları yarışmada fəal olmağa çağırıb. Növbəti çıxışda Lənkəran şəhər Gənclər və İdman İdarəsinin məsləhətçisi Əli Nurullayev dövlətin gənclər siyasəti, gənclərin hərtərəfli inkişafı üçün yaradılmış infrastrukturla bağlı məlumatları iştirakçıların diqqətinə çatdırıb və yarışmanın işinə uğurlar arzulayıb.

“Maximum” Təhsil Mərkəzinin direktoru, Layihə eksperti Rəşad Abbaszadə oyunun qaydalarını iştirakçılara izah edib, komandaların adlarını dəqiqləşdirdikdən sonra yarışmanın başlanmasını elan edib.
Yarışmada əsasən Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı və coğrafiyasını əhatə edən suallar səsləndirilib. Yarışmada ilk 2 yeri tutan “Therion” və “Nobel” komandaları 29 yanvar 2019-cu il tarixdə Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək Final mərhələsinə vəsiqə qazanıb.
Məlumat üçün qeyd edək ki, növbəti seçim turları 07 yanvar 2019-cu il tarixdə Lerik və 11 yanvar 2019-cu il tarixində isə Astara rayonunda keçiriləcəkdir.

Layihənin həyata keçirilməsində məqsəd Azərbaycan tarixi və mədəniyyətini intellektual oyunlar vasitəsi ilə gənclər arasında təbliğ etmək, fəal və intelektli gəncləri üzrə çıxartmaq, region və respubilka turnirlərində onların iştirakına dəstək olmaqdır.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !