Tədqiqatçı – alim Soltan Əlizadənin 60 illik yubileyi qeyd edildi - (+FOTOLAR)

Tədqiqatçı – alim Soltan Əlizadənin 60 illik yubileyi qeyd edildi (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, AYB Xəzər bölməsi və Buzovna qəsəbəsində yerləşən Ruhulla Axundov adına Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə Qafqaz Müsəlmanlar İdarəsinin Xəzər rayonu üzrə qazisi, Qafqaz müsəlmanlar idarəsində yerləşən elmi-dini şuranın üzvü, Azərbaycan Yazıçılar və jurnalistlər birliyinin üzvü Hacı Soltan Əlizadənin 60 illik yubileyi qeyd edildi. Silsilə olaraq şeir, qəzəl ustadlarına həsr olunmuş tədbirlərə təşkilatçılıq edən Azərbaycan Yazıçılar Birliyi Xəzər bölməsitədqiqatçı alimin keçdiyi ömür yoluna nəzər saldı.

Tədbir Soltan Əlizadəyə həsr olunmuş, ömür yolunu pillə-pillə əks etdirən qısa filmlə başladı.
Daha sonra çıxış üçün söz Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadəyə verildi. Səbəbkar haqqında xatirələrini bölüşən A.Paşazadə ürək sözlərini, təbriklərini dilə gətirdi.

Təbriklərə qatılan akademik Vasim Məmmədəliyev Hacı Soltanın elmə, təhsilə qiymət verən biri olduğunu vurğuladı: “Buzovna kəndi qədim kənddir. Burdan böyük insanlar, riyaziyyatçılar, tarixçilər, alimlər çıxıb. Soltan bunları özündə birləşdirən adamdır. O elə bir insandır ki, hansı sahəyə aid olduğunu demək olmaz. İdman haqqında belə kitabı var.Haqqında deyilən sözlərə layiqdir”. Daha sonra çıxışı akademik Rafael Hüseynov davam etdirdi: “İlk dəfədir ki, qəlbən mənə yaxın olanBuzovna kəndində bu qədər buzovnalının qarşısında dayanmışam. Bu gün əslində bayram günüdür və yalnız bura toplaşanların bayramı deyil. Çünki Soltan Əlizadə işığı Azərbaycan boydadır. Bu gün Azərbaycanın maarifpərvər insanının, işıqlı bir ziyalısının bayramıdır. Əslində həm də kitabın bayramıdır. Çünki o Azərbaycana onlarla kitablar bağışlayıb”. Tədqiqatçı alimi mərifət dəryasında üzən arifə bənzədən akademikS.Əlizadə nadir üzgüçüdür ki,dəryadan dürrlər, sədəflər çıxarır, insanlara hədiyyə edir söylədi.

Çıxış edənlər Soltan Əlizadənin otuz kitabından iyirmi beşinin ilk oxucusu olduğunu vurğulamaqla başlayan filogiya elmləri doktoru Asif Rüstəmli də vardı. Bu kitabların hər biri oxucularının stolüstü kitabdır. Daxilən çox zəngin mənəviyyata malik bir insan olduğunu qeyd edən filoloq səbəbkarı ədəbiyyatda göstərdiyi xidmətlərə görə Türk dünyasının beynəlxalq “Qızıl ulduz” medalı ilə təltif edib.
Nostalji dolu gecəni Azərbaycan Yazıçılar Birliyi Xəzər Bölməsinin sədri Arif Buzovnalı davam etdirib.O, S.Əlizadənin bir tədqiqatçı, ədəbiyyatçı, səyyah, şair, həkim, idmançı, ilahiyyatçı olduğunu söyləyib:“Bir insan dünyaya gələndə ən çox sevinən onun yaxınları olur. Nə xoş bizə ki, belə bir insan var, yaşayır, biz onunla ünsiyyətdə ola bilirik. Daha sonra səbəbkar AYB adından ədəbiyyatdakı xidmətlərinə görə təşəkkürnamə ilə təltif edildi.

Təbriklər arasında “Dədə Qorqud” Milli fondunun rəhbəri, “Azərbaycan dünyası” jurnalının baş redaktoru Eldar İsmayılovun çıxışı da yer aldı. Ürək sözlərini səbəbkara çatdıranE.İsmayılov onu “Qızıl ürək” ordeni ilə təltif etdi. Qeyd etdi ki, Soltan Əlizadə bu ordeni alan ikinci Azərbaycanlıdır.
Daha sonra ədəbi-bədii gecədəƏməkdar Rəssam, professor Rafael Muradov, Filologiya elmləri doktoru Firudin Qurbansoy, Xəzər RİH-nin İctimai–Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov, 125 saylı məktəbin direktoru Zeynəb Əliyevavə digərləri onunla bağlı xatirələrindən söz açdılar.

Xanəndələr Aqil və Hüseyn Məlikovlar, Əhli-beyt qrupuədəbi-bədii gecəyə ecazkar səsləri ilə xüsusi rəng qatdılar.


Ülviyyə İsrafilova

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !