"Rusiya və Azərbaycan dostluğu - nəsildən-nəslə" bədii sərgisi nümayiş etdirilib - + FOTOLAR (AZpress.AZ – Minə Türksoy)

"Rusiya və Azərbaycan dostluğu - nəsildən-nəslə" bədii sərgisi nümayiş etdirilib + FOTOLAR (AZpress.AZ – Minə Türksoy)

AZpress.AZ xəbər verir ki, Rusiya İnformasiya-mədəniyyət mərkəzində "Rusiya və Azərbaycan dostluğu - nəsildən-nəslə" bədii sərgisi nümayiş etdirilib.

Sərgi "Rossotrudniçestva"nın Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Rəssamlar İttifaqı tərəfindən keçirilib. Layihənin təşkilatçıları Rəssamlar İttifaqının üzvləri – Elnurə və Aygün İsgəndərova olublar.

Sərgidə 150-dən çox rəsm təqdim olunub.Nəzərinizə çatdırmaq istəyirik ki, onların müəllifləri müxtəlif yaş qrupunun nümayəndələridir və bu tədbirin miqyasının genişliyini göstərir. Rəsmlərin süjetləri Rusiya və Azərbaycanın təbiət peyzajları üzərində qurulub. Bir çox işlər iki ölkənin ümumi tarixinin görkəmli insanlarına və hadisələrinə həsr olunub.

--Tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının üzvü İslam Gülməmmədov və "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov qonaqları salamlayıblar.

Tanınmış cazmen, Azərbaycanın əməkdar incəsənət xadimi Cavan Zeynallının virtuoz ifası da rəssamlarda ruh yüksəkliyi yaratmış tədbirin rəngarəng keçməsinə möhtəşəmlik qatmışdır. Tədbir Sərgi iki dövlət arasındakı dostluğun və mehribanlığın nişanəsi kimi təqdim edilib.
Sərgi iştirakçılarına Azərbaycan rəssamlar İttifaqının və "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyinin diplomları təqdim edilib.

AZpress.AZ,Minə Türksoy. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

               

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !