İslam Həmrəyliyi və milli-mənəvi dəyərlərimiz - + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev)

“İslam Həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Lerik rayonu Bırkandul kənd məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “İslam Həmrəyliyinin dini radikalizmə qarşı mübarizədə rolu” adlı layihə çərçivəsində rayonun Rahid Həsənov adına Bırkandul kənd ümumi orta məktəbində “İslam Həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.
AZpress.AZ xəbər verir ki, tədbiri giriş sözü ilə açan Bırkandul kənd ümumi orta məktəbinin direktoru Abbas Səfərov çıxışında mövzunun aktuallığını vurğulayaraq, keçirilən tədbirin əhəmiyyəti ilə bağlı fikirlərini bildirib.
DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında ölkəmizdə İslam dini ilə yanaşı, digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma və həmrəylik şəraitində yaşadıqlarını diqqətə çatdırıb. O, bu ənənələrin milli-mənəvi dəyərlərimiz və xalqımızın dünyagörüşündən qaynaqlandığını vurğulayıb.
DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov çıxışında ölkəmizin İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atdığını qeyd edərək, xalqımızın çoxəsrlik milli-mənəvi dəyərlərinin, İslam həmrəyliyinin qorunub saxlanılmasının və gələcək nəsillərə ötürülüməsinin vacibliyini bildirib.
Lerik Rayon İcra Hakimiyyəti başçısının Nüvədi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini Ceyhun Həsənov, icma sədri Şəfaət Heydərov, məktəbin müəllimi Nəsrəddin Hüseynov və digərləri mövzu ətrafında çıxış ediblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

               

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !