Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu" - + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

“Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu" + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Lənkəran rayonunun Şağlaser kənd məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” adlı layihə çərçivəsində rayonun Şağlaser kənd ümumi orta məktəbində maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında ölkəmizdə dini radikalizmə, zərərli vərdişlərə qarşı mübarizə çərçivəsində keçirilən maarifləndirici tədbirlərdən bəhs edib. Q.Məmmədov əlavə edib ki, gənclərin radikal cərəyanlardan və digər zərərli vərdişlərdən qorunması üçün onların milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, vətənpərvərliyin aşılanması olduqca vacibdir.
DQİDK-nin Xarici əlaqələr şöbəsinin müdir müavini Rəfi Qurbanov çıxışında narkomaniyanın və digər zərərli vərdişlərin törətdiyi bəlaların qarşısının alınması və bu sahədə aparılan genişmiqyaslı tədbirlərdən, eləcə də gənclərin bu baxımdan maariflənməsinin vacibliyindən danışıb. Gənclərin elmə, təhsilə və mənəvi dəyərlərə yiyələnmələrinin əhəmiyyətinə diqqət çəkən natiq həmçinin aparılan mübarizədə ictimai qınağın önəmini də qeyd edib.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Asif İmanlı çıxışında milli-mənəvi dəyərlərin hər bir Azərbaycan vətəndaşı üçün əziz və müqəddəs dəyərlər olduğunu bildirib.
Şağlaser kənd ümumi orta məktəbinin direktoru Aygün Fətullayeva və digərləri bu cür maarifləndirmə tədbirlərinin gənclərin radikalizm təhlükəsindən qorunması baxımından əhəmiyyətli rolundan danışıblar.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !