Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi - +FOTOLAR (AZpress.AZ, Ağaddin Babayev)

“Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” +FOTOLAR (AZpress.AZ, Ağaddin Babayev)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Astara rayonunun Təngərüd kənd məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində rayonun Kijəbə qəsəbə məscidində maarifləndirici tədbir keçirilib.

AZpress.AZ xəbər verir ki, tədbiri giriş sözü ilə açan Kijəbə qəsəbə məscidi dini icmasının sədri Ələkbər İsayev çıxışında Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə keçirilən maarifləndirici tədbirlərin mühüm əhəmiyyətini qeyd edib.

DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Turan Həsənzadə çıxışında ölkəmizdə müxtəlif dinlər, məzhəblər və xalqlar arasında həmrəylik və vəhdətin mövcudluğundan danışaraq, bu dəyərlərin milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Natiq İslam həmrəyliyinin, tolerantlıq və multikulturalizmin Azərbaycan modelinin dünyada nümunə kimi qəbul edildiyini diqqətə çatdırıb. T.Həsənzadə İslam dininin sülh və həmrəylik dini kimi radikalizmə qarşı olduğunu əlavə edib.
Qafqaz Müsəlmanları İdarəsinin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənli çıxışında ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və İslam həmrəylinin təbliği istiqamətində görülən işləri yüksək qiymətləndirib. İ.Həsənli xalqımızın zəngin mənəvi dəyərlərə sahib olduğunu və bu dəyərlərin təbliğ edilməsinin dini radikalizmə qarşı mübarizədə əhəmiyyətini vurğulayıb.

Astara Rayon İcra Hakimiyyəti başçısının Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahin Əmənullayev, bələdiyyə sədri Ağadadaş Qənbərov və digərləri çıxışlarında mövzu ilə bağlı fikirlərini bildiriblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !