Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi elmi labarotoriyasının layihəsi keçirilmişdir - (+FOTOLAR)

“Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” elmi labarotoriyasının layihəsi keçirilmişdir (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, 15 dekabr Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tərkibində olan F.Əmirov adına 6 nömrəli onbirillik İncəsənət Məktəbində Ü.Hacıbəyli adına BMA-da fəaliyyət göstərən “Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” elmi labarotoriyasının birgə layihəsi keçirilmişdir. Tədbir sərgi və interaktiv dərs formatında təşkil olunmuş, şagirdlər müxtəlif illərdə elmi labaratoriyada bərpa edilmiş bir neçə qədim musiqi alətinin hazırlanma qaydası ilə yaxından tanış olmuş, tembrini dinləmək imkanı əldə etmişlər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru əməkdar müəllim, professor, bəstəkar Adilə Yusifova bu tədbirin maarifləndirici əhəmiyyətindən bəhs edərək, qeyd etdi ki, bu cür maraqlı tədbirlərin keçirilməsinin artıq ənənə halını almışdır. Daha sonra bərpa olunmuş qədim musiqi alətləri haqqında ətraflı məlumat verən labaratoriyanın baş elmi işçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Maya Qafarova həmçinin şagirdlərin ona ünvanladığı suallara ətraflı cavablar verdi. Məktəbin bir neçə şagirdi usta Musa Yaqubovun bərpa etdiyi bu alətlərdə kiçik parçalar ifa etmiş, müasir xalq çalğı alətləri ilə tembr fərqliliyini hiss etmişlər. Həmçinin tədbirdə məktəbin müəllimlərinin və qonaqların ifasında bir neçə musiqi nömrələri təqdim edilmişdir.

 

Manafova Aytən

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !