Maarifləndirmə tədbiri... - + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Maarifləndirmə tədbiri... + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabelində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Lənkəran rayonundakı Şağlaser kənd məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” adlı layihə çərçivəsində rayonun Şağlaser kənd ümumi orta məktəbində tədbir keçirilib.
AZpress.AZ xəbər verir ki, “Mənəvi dəyərlərimizi qoruyaq!” mövzusunda keçirilən tədbiri giriş sözü ilə açan Şağlaser kənd məscidi dini icmasının sədri Ruhulla Ruhullayev çıxışında keçirilən maarifləndirici tədbirlərin gənclərimizin milli-mənəvi tərbiyəsinin formalaşmasında rolundan danışıb.
Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Cəmil Axundzadə çıxışında şagirdlər arasında mənəvi dəyərlərin təbliği ilə bağlı keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. C.Axundzadə Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin mənəvi varisi olduğunu qeyd edərək, 2018-ci ilin Cənab Prezident İlham Əliyev tərəfindən “Cümhuriyyət İli” elan edilməsini həm də mənəvi dəyərlərimizin qorunub saxlanılmasına mühüm töhfə kimi yüksək qiymətləndirib.
İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda məruzə ilə çıxış edib. Natiq ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edərək, ölkəmizdə gənclərin bu dəyərlər ruhunda formalaşması üçün tədbirlər görüldüyünü bildirib.
Məktəbin direktoru Aygün Fətullayeva, kənd ağsaqqalı Akif Miriyev və digərləri mövzunun aktuallığı ilə bağlı fikirlərini söyləyiblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !