ADMİU-da Bayatı-Qacar muğamının təfsiri və nəzəri aspektləri mövzusunda seminar keçirilib - (+FOTOLAR)

ADMİU-da “Bayatı-Qacar” muğamının təfsiri və nəzəri aspektləri” mövzusunda seminar keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, dekabrın 13-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muğam sənəti və Xalq çalğı alətləri ifaçılığı kafedralarının təşkilatçılığı ilə “Bayatı-Qacar” muğamının təfsiri və nəzəri aspektləri” mövzusunda seminar keçirilib.

Seminarı Xalq artisti, tarzən Zamiq Əliyev açaraq bildirib ki, uzun zamandır ifaçılıqda “Bayatı-Qacar” muğamına müraciət olunmur.Bu gün isə həm xanəndəlik ixtisası üzrə dərs deyən müəllimlər, həm də xalq çalğı alətləri üzrə ifaçılarımız bu muğamı dinləyib sonrakı fəaliyyətlərində bəhrələnmək imkanı qazanacaqlar.

Layihənin müəllifləri Xalq artisti, professor VamiqMəmmədəliyev, Muğam sənəti kafedrasının müdiri, Xalq artisti Teyyub Aslanov, Əməkdar artist, professor Mirnazim Əsədullayev çıxış edərək “Bayatı-Qacar” muğamının müasir dövrdə ifası və yaşadılması baxımından seminarın əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, vaxtilə bu muğama Mütəllim Mütəllimov, Qulu Əsgərov və Ağaxan Abdullayev kimi unudulmaz xanəndələr müraciət edib. Həmin ifalar bütöv dəstgahı özündə cəm etmədiyi üçün bu gün “Bayatı-Qacar” ilk dəfə olaraq dəstgah şəklində işlənib təqdim olunur. Daha sonra layihə müəlliflərinin ifasında “Bayatı-Qacar” dəstgahı təqdim edilib.

Şərqşünas alim, akademik, muğam bilicisi Vasim Məmmədəliyev çıxış edərək uğurlu layihəyə görə təşəkkürünü bildirib, qeyd edib ki, “Bayatı–Qacar” müstəqil dəstgah olmaqla yanaşı, bir şöbə kimi vaxtilə "Dügah"da işlənib. “Bayatı–Qacar” muğamı xarakteri etibarilə dinləyicidə qəm-qüssə, kədər hissləri oyadır və hər xanəndə bu muğamı dərin fəlsəfəsi ilə çatdırmaq imkanına malik olmur. Bu gün seminar şəklində təqdim edilən dəstgah öz bütövlüyü və ifaçılıq texnikası baxımından təqdirəlayiqdir. XX əsrdə bu muğamın ən gözəl ifaçısı Mütəllim Mütəllimov olub. Bu gün müasir duyumda təqdim edilən ifada muğamın etimologiyasına uyğun olaraq seçilən klassik şeirlərimiz musiqi ilə gözəl bir vəhdət təşkil etdi”.

Daha sonra seminar hər iki kafedranın müəllim və tələbələrinin dəstgahla bağlı ifaçılara ünvanladığı suallar və müzakirələrlə davam edib.

Qeyd edək ki, təqdim edilən “Bayatı-Qacar” dəstgahına 12 güşə daxil edilməklə yeni rənglər də əlavə olunmuşdu.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !