“Ziyanlı vərdişlərə YOX deyək” adlı layihənin birinci təlimi... - (+FOTOLAR)

“Ziyanlı vərdişlərə YOX deyək” adlı layihənin birinci təlimi... (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, 14.12.2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə, 11-ci qrant müsabiqəsində qalib olmuş Gülşən Fətəliyevanın “Ziyanlı vərdişlərə YOX deyək” adlı layihəsinin birinci təlimi Odlar Yurdu Universitetində baş tutmuşdur. Layihənin məqsədi gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq və bu istiqamətdə maarifləndirmə işini təşkil etməkdən ibarətdir. Həmçinin tədbirdə gənclərə ziyanlı vərdişlər haqqında ətraflı məlumatlar verildi. Birinci seminarda Sağlam qida üzrə Ekspert-təlimçi Məhsəti Hüseynova, Psixoloq Leyla Əsədova və qonaq qismində “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev iştirak etmişdir.
Təlimçi Məhsəti Hüseynova layihə iştirakçılarını siqaretin həyatımıza və ətrafımızdakı insanlara vurduğu zərər, fəsadları, narkomaniya və alkoqoldan asıllığın səbəbləri, fəsadları və ondan mübarizə yolları haqqında, eləcə də sağlam qidalanma, düzgün yuxu rejimi və yuxusuzluğun ziyanları haqqında məlumat vermişdir. Bu kimi digər problemlərin müzakirəsi, yaranma səbəblərinə aydınlıq gətirilməsi və zərərlərin aradan qaldırılmasına dair müzakirələr edildi.
Daha sonra təlimçi İnternet və Texnologiya dedikdə ağla ilk gələn sosial şəbəkələr, telefon və onlardan asılılıq - bunun xeyirli tərəfləri ilə yanaşı “ internetin sağlamlığımıza vurduğu fəsadlarla necə mübarizə aparmaq lazımdır?” mözusunda gənclərə ətraflı məlumatlar vermişdir. Daha sonra psixoloq Leyla Əsədova gənclərə ziyanlı vərdişlərin ailədə və ətraf mühitdə psixoloji təsirlərini bildirmişdir və gənclərlə həm söhbət olmuşdur.
Daha sonra Asim Vəliyev özünün və Məhsəti Hüseynovanın birgə müəllifliyi ilə ilk ana dilində yazılan “Qida təhlükəsizliyi və insanı məhvə aparan yol” kitabı haqqında və ziyanlı vərdişlər haqqında gənclərlə dəyərli fikirlərini paylaşdı.
Təlimin təşkilində yaratdığı şəraitə görə Odlar Yurdu Universitetinin rektoru cənab  prof. Əhməd Vəliyevə və təlim işləri üzrə prorektor cənab Aqil Məmmədova təşəkkürümüzü bildiririk.
Qeyd edək ki, layihənin birinci təlim günü 100 nəfərdən çox gənc iştirak etmişdir, tədbir gənclərin böyük marağına səbəb oldu və gənclərdə mövzu barədə böyük aktivlik müşahidə edilib. Sonda tədbirdə aktiv olan iştirakçılara sertifikat təqdim edildi və xatirə şəkli çəkdirilmişdir. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )