Milli-mənəvi dəyərlərimiz:həmrəylik və vətənpərvərlik ... - +FOTOLAR (AZpress.AZ - Ağaddin Babayev)

“Milli-mənəvi dəyərlərimiz:həmrəylik və vətənpərvərlik”... ”+FOTOLAR (AZpress.AZ - Ağaddin Babayev)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Lerik rayonundakı Bırkandul kənd məscidi dini icmasının təşkilatçılığı ilə keçirilən “İslam həmrəyliyinin dini radikalizmə qarşı mübarizədə rolu” adlı layihə çərçivəsində “Milli-mənəvi dəyərlərimiz:həmrəylik və vətənpərvərlik” mövzusunda tədbir keçirilib.
AZpress.AZ xəbər verir ki, Lerik rayonunun Hamarmeşə kənd tam orta məktəbində keçirilən tədbirdə DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşı Azər Həsənov, DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin böyük məsləhətçisi Orxan Maşayev, məktəbin direktoru Fərman Haşımov, dini icma sədri Şəfahət Heydərov, müəllimlər, şagirdlər və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Hamarmeşə kənd tam orta məktəbinin direktoru Fərman Haşımov çıxışında keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.
DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə milli-mənəvi dəyərlərimizin təbliğ edilməsindəki mühüm xidmətlərindən bəhs edərək, onun layiqli davamçısı Prezident İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili”, 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsini həmrəyliyə, milli-mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfə olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
DİQDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin böyük məsləhətçisi Orxan Maşayev çıxışında gənc nəslin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərimiz əsasında formalaşmasının vacibliyini vurğulayıb. O.Maşayev həmçinin gənclərin dini radikalizm və digər zərərli vərdişlərdən qorunmasının zəruriliyini qeyd edib.
Daha sonra mövzu ətrafında çıxış edən dini icma sədri Şəfaət Heydərov və digərləri çıxışlarında milli-mənəvi dəyərlərimizin təbliği və gənclərin dini radikalizmdən qorunması ilə bağlı fikirlərini bildiriblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !