Heydər Əliyev xalqı azərbaycançılıq məfkurəsinin ətrafında birləşdirməyə nail oldu - - Rufiz Qonaqov

“Heydər Əliyev xalqı azərbaycançılıq məfkurəsinin ətrafında birləşdirməyə nail oldu” - Rufiz Qonaqov

Ümummilli lider Heydər Əliyev 2001-ci il noyabrın 9-da dünya azərbaycanlılarının I qurultayında dövlətin siyasətini səciyyələndirərkən onun prioritet istiqamətini nəzərə çatdırmışdır: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”. Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir. Heydər Əliyev hələ sovet dövründə Azərbaycana rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışırdı. Hələ 1978-ci ildə Azərbaycan SSR Konstitusiyası qəbul edilərkən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dövlət dili Azərbaycan dili kimi təsdiq olundu. Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin fəlsəfi, siyasi mənası olduqca dərindir. Azərbaycançılıq milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir. Bu məsələni “Palitra”ya dəyərləndirən QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov bildirdi ki, azərbaycançılıq ideologiyasının müəllifi Heydər Əliyevdir: “Bunu daha dərindən anlamaq üçün müstəqilliyin ilk illərində baş verən hadisələri diqqətlə analiz etmək lazımdır. Məlum olduğu kimi, ölkəmiz 1991-ci ildə müstəqillik qazandıqdan sonra Azərbaycan çox çətin bir dövrə qədəm qoydu. Ağır sosial-iqtisadi durum, müharibə və torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi ölkəni parçalanma həddinə gətirmişdi. 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra ölkə parçalanmadan xilas oldu. Böyük öndər ölkəni ağır vəziyyətdən çıxararaq müstəqilliyimizi xilas etdi. Ümumiyyətlə, ulu öndər istər 1969-cu ildə ilk dəfə respublikada hakimiyyətə gəldikdən, istərsə də 1993-cü ildə ikinci dəfə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra həmişə azərbaycançılıq məfkurəsinə böyük diqqət ayırmış, azərbaycançılıq ideologiyası prioritet istiqamət olmuşdur. Biz həmin illərdə görürdük ki, müəyyən qüvvələr Azərbaycanı vassala çevirməyə çalışır, xarici kəşfiyyat orqanları ölkəni parçalamaq istəyirlər. Müxtəlif separatizm ocaqları yaratmağa çalışırdılar”. Rufiz Qonaqov qeyd etdi ki, məqsəd Azərbaycanı parçalama və xəritədən silmək idi: “Amma Heydər Əliyev azərbaycançılıq ideologiyasını ortaya qoymaqla xalqı, cəmiyyəti bu məfkurənin ətrafında birləşdirməyə nail oldu. Ulu öndərimiz azərbaycançılığı milli ideologiya kimi ortaya qoymaqla bildirdi ki, ölkəmizdə yaşayan bütün xalqlar əsrlər boyu bir yerdə yaşayıb, ümumi adət-ənənələr formalaşıb, hami bir ailə kimi yaşayır. Azərbaycan dilinin qorunması, adət-ənənələrin yaşadılması bu ideologiyanın tərkib hissəsidir. Ulu öndər Azərbaycanı çox sevirdi. Onun dilindən səslənən “mən fəxr edirəm ki, azərbaycanlıyam” kəlməsi azərbaycançılıq ideologiyasının xalq tərəfindən qəbul edilməsinə ən bariz nümunədir. Bunu təsdiq edən fakt odur ki, həmin kəlmə ölkəmizdə uşaqdan tutmuş böyüyə kimi hamının dilinin əzbəridir. Ona görə də Heydər Əliyev və azərbaycançılıq məfkurəsi bir yerdə səslənir. Ulu öndərin dahiliyi ondadır ki, xalqı bu məfkurə ətrafında birləşdirməyə nail oldu. 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi təsis olunması isə bütün dünyada yaşayan azərbaycanlıların milli ideologiya ətrafında birləşməsini təmin etdi. Azərbaycan dövlətinin xilas edilməsi, Naxçıvanda üçrəngli bayrağın ucaldılması, azərbaycançılıq ideologiyasının formalaşdırılması, 1995-ci ildə konstitusiyanın qəbul edilməsi kimi məsələlər xalqına, dövlətinə bağlı olan Heydər Əliyevə ulu öndər statusu qazandırdı. Azərbaycan dövlətinin bu gün əldə etdiyi inkişaf, ölkədə olan sabitlik azərbaycançılığın milli ideologiya kimi seçilməsinin nə qədər doğru qərar olduğunu təsdiqləyir”.

Anar Miriyev
Palitranews.az 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !