ADMİU-nun Kərgədan buynuzu tamaşası nümayiş olunub - (+FOTOLAR)

ADMİU-nun “Kərgədan buynuzu” tamaşası nümayiş olunub (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, 11 dekabr tarixində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kərgədan buynuzu” tamaşası nümayiş olunub. Maqsud İbrahimbəyovun “Kərgədan buynuzu” əsərinin motivləri əsasında hazırlanan tamaşaya Dram rejissoru ixtisasının rus bölməsinin IV kurs tələbələri Fəridə Nesterenko, Bella Klimaşeva, Yuriy Omelçenko, Raulya Rzayeva, Cahandar Cəfərli və Tamerlan Əsədov quruluş veriblər.

ADMİU-nun Ədəbiyyat və dillər kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın layihəsi əsasında hazırlanan tamaşada Teatr sənəti fakültəsinin Teatr və kino aktyoru ixtisasının rus bölməsi üzrəII və IV kurs tələbələri Samirə Rüstəmova, Mir Qabil Əkbərov, Turanə Heydərli, Mariya Dubovitskaya, Milana Sokolenko, Zaur Terequlov, Yuri Omelçenko, Səbinə Rzayeva, Cohar Abdullayev, Elnur Rzayev, Ümid Ababszadə, rejissor tələbələr Cahandar Cəfərli, Tamerlan Əsədov, eləcə dəS.Vurğun adına Rus Dram Teatrının aktyoru, Əməkdar artist Maqsud Məmmədov çıxış edib.
Tamaşada aktyorların səhnə danışığı ilə Xalq artisti Ayan Mirqasımova və Əməkdar artist Azad Şükürov məşğul olub. Səhnə əsərinin plastik həlli Xalq artisti Pərviz Məmmədrzayevə, musiqi tərtibatı Aysel Əzizovaya aiddir.

Xalq artisti, professor Cənnət Səlimovanın və Əməkdar artist Sonaxanım Mikayılovanın rəhbərlik etdiyi kursların tələbələrininbirgə hazırladıqları tamaşa seyrçilər tərəfindən alqışlarla qarşılanıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !