ADINI TARİXƏ YAZANLAR, ADI İLƏ TARİX YAZANLAR! - (+FOTOLAR)

ADINI TARİXƏ YAZANLAR, ADI İLƏ TARİX YAZANLAR! (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, iyirminci yüzilliyin üçdə biri qədər ölkəmizi idarə edən HEYDƏR ƏLİYEV XX əsr bəşər tarixinin parlaq şəxsiyyəti, dünyanın tanınmış uzaqgörən diplomatı və siyası lideri, görkəmli ictimai-siyasi və dövlət xadimi, Ulu Tanrının Azərbaycan xalqına bəxş etdiyi böyük möcüzəsi, gənc nəsillər üçün nümunə məktəbidir.

Böyük müdriklik, yüksək peşəkarlıq, beynəlxalq diplomatiyanın ən incə sirlərini bilmək və ondan çıxış yollarını araşdırmaq bacarığı, meydana çıxan problemlərin çevik və diplomatik həll etmək məharəti, böyük dövləti, xalqı ədalətlə idarə etmək səriştəsi, böyük həyat təcübəsi olan HEYDƏR ƏLİYEVİN zəngin bioqrafiyası və onun nəhəng ideya-nəzəri irsi Azərbaycan xalqı və gənc nəsillər üçün bir örnək, nümunəvi həyat məktəbidir. «Ömrümün qalan hissəsini xalqıma həsr edəcəyəm» deyən HEYDƏR ƏLİYEV Azərbaycanın dövlət müstəqillyinin qorunmasında və möhkəmləndirilməsində fəaliyyət göstərmiş və fundamental uğurlara nail olmuşdur.

Ulu öndərin ildönümünü daima böyük ehtiramla yad edən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli, Tədris işləri üzrə Birinci prorektor, pedaqoji elmlər namizədi, Əməkdar müəllim, professor Nərminə Quliyeva, Beynəlxalq Əlaqələr üzrə prorektor, Xalq artisti, professor Yeganə Axundova, Elmi işlər üzrə prorektor, Əməkdar İncəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, Fortepiano fakültəsinin dekanı, Əməkdar müəllim, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Nəzakət Rimazi, İfaçılıq fakültəsinin dekanı, Əməkdar İncəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə, Tarix-Nəzəriyyə fakültəsinin dekanı, Sənətşünaslıq doktoru, professor Gülzar Mahmudova, professor-müəllim və tələbə heyətinin iştirakı ilə bu ildə görkəmli şəxsiyyətin əziz xatirəsinə həsr olunmuş tədbir təşkil olunub.

Belə ki, 12 dekabr 2018-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında ümumilli liderimiz Heydər Əliyevin anım gününə həsr olunmuş konsert keçirilib.
Öncə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək Ümumilli Liderin xalqımızın inkişafı naminə çalışdığı uğurlu yollardan daha sonra isə Azərbaycanın bənzərsiz mədəniyyətinin incilərinə verdiyi dəyərlərdən danışıb. Ulu öndərin mədəniyyət sahəsində tarixi əhəmiyyətli qərarlarından, eləcə də onun gənclər siyasəti haqqında yaratdığı parlaq yolları dönə-dönə vurğulayan cənab rektor qeyd edib ki, Azərbaycanın musiqi mədəniyyətini ölkəmizin hüdudlarında yüksək səviyyədə tərənnümü məhz Ulu öndərin gənclər üçün yaratdığı uğurlu addımları nəticəsində həyata keçirilir.

Bununla yanaşı professor Fərhad Bədəlbəyli qeyd edib ki, Azərbaycanın çiçəklənməsində, dünya tarixinin səhnəsində özünəməxsus yer tutmasında, müstəqilliyimizin qorunub saxlanmasında məhz dahi şəxsiyyət, ümumilli lider Heydər Əliyevin misilsiz xidmətləri əsasında olub.
Tədbir Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim-tələbə heyətinin yüksək səviyyədə hazırladığı konsert proqramı ilə dəvam edib.

Belə ki, Xalq artisti, professor Gülnaz İsmayılova (vokal), Əməkdar müəllim, professor Rasimə Babayeva (orqan), Beynəlxalq müsabiqələr laureatları: Bəylərbəyova Səbinə (orqan), Zülfüqarova Əminə (fleyta), Kərimli Qəmər (violin), Əmişov Əli (viola), Hüseynova Könül (fortepiano), Məmmədov Bəxtiyar (tar), Rzayev Bahadur (violin), Hüseynov Orxan (violonçel) öz bənzərsiz ifalarında azərbaycan və xarici bəstəkarların (Q.Qarayev “Matəm odası”, V.Adığözəlov “Lay-Lay”, İ.S.Bax “Xoral” f-mol, İ.S.Bax “Matfeyin iztirabları” oratoriyasından Ariya 58, F. Bədəlbəyli “Şuşa”) əsərlərini səsləndiriblər.
Azərbaycan xalqının banisi, xilaskarı və qurucusu olan Ulu öndər Heydər Əliyevin vəfatından 15 il ötməsinə baxmayaraq daima Azərbaycan xalqının qəlbində yaşayır və yaşayacaq !!!

 

Əhmədova Minacat

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !