Ağcabədidə Fondun dəstəyi ilə maarifləndirici tədbir keçirilib - + FOTOLAR (AZpress.AZ Mais İbrahimov)

Ağcabədidə Fondun dəstəyi ilə maarifləndirici tədbir keçirilib + FOTOLAR (AZpress.AZ – Mais İbrahimov)

AZpress.AZ xəbər verir ki, 11 dekabr 2018-ci il tarixində Mənəvin Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Ağcabədi rayonu “Seyid Mürsəl Ağa” məscidi dini icmasının təşkilatçılığı ilə Ağcabədi Pedaqoji Kollecində “Gənclərin tərbiyəsində mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti Aparatınının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mərkəzi Aparatın əməkdaşı Vüqar Hümbətov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, Ağcabədi Pedaqoji Kollecin direktor müavini Rövşən Bayramov, Ağcabədi rayonu “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva, tələbələr, müəllimlər və icma üzvləri iştirak etmişdilər.
Tədbiri giriş sözü ilə açan Ağcabədi rayonu “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva bildirdi ki, bu il Mənəvi Dəyərlərin Təbliği Fondu və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonumuzda dini durum və gənclərin tərbiyəsi ilə bağlı çoxsaylı tədbirlər keçirilmişdir. Bu tədbirlər silsiləsindən dini maarifləndirmə xüsusi əhəmiyyət daşıyır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Vüqar Hümmətov qeyd etdi ki, Azərbaycan Respublikası müstəqillik yolu ilə inamla irəliləyir. Ölkəmizdə demokratik, hüquqi, sivil və açıq cəmiyyət qurulduğu bir vaxtda milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə aşılanması xüsusilə aktuallıq kəsb edir. Respublikanın gələcək taleyi onun gənclərindən asılı olduğu üçün təhsildə aparılan islahatlar milli ənənələrimizə, milli dəyərlərimizə söykənərək soykökünə bağlı şəxsiyyətin formalaşmasına xidmət etməlidir. Azərbaycanlı milli düşüncəsində ailə kiçik dövlət modeli kimi qəbul edilməklə, müqəddəs və ülvi sayılır. Böyüklərə ehtiram və hörmət, uşaqlara sevgi, diqqət və qayğı zəngin milli-mənəvi dəyərlərimizin başlıca qayəsini təşkil etdiyini vurğulayıb.
Məruzə ətrafında Ağcabədi rayon İcra Hakimiyyəti Aparatınının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına çox mühüm diqqət göstərməsindən danışmışdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov çıxış edərək bildirdi ki, gənclərin tərbiyəsində mənəvi dəyərlərin doğru şəkildə təbliğ edilməsi müasir dövrün ən aktual problemlərindən biridir. Mənəvi dəyərlər uzun illərin nəticəsində əldə olunan bir sərvətdir.
Tədbirin sonunda dinləyicilərin sualları cavablandırıldı.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )