SOCAR-ın «Azərikimya» İstehsalat Birliyində Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir - (+FOTOLAR)

SOCAR-ın «Azərikimya» İstehsalat Birliyində Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, 11 dekabr 2018-ci il tarixində «Azərikimya» İB-nin akt zalında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir.

Ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla anıldığı tədbirdə çıxış edən natiqlər qeyd etmişlər ki, çağdaş tariximizin 34 ili ümummilli liderimizin adı ilə bağlı olmaqla, xalqimizın taleyində şanlı və parlaq səhifəyə çevrilmişdir. Dünya şöhrətli ictimai-siyasi xadim, müdrik dövlət başçısı Heydər Əliyev bütün həyatını canından artıq sevdiyi xalqının xoşbəxt yaşamasına, Azərbaycanın tərəqqisinə həsr etmişdir.

Şair-dramaturq, pedaqoq Əvəz Mahmud Lələdağ, «Azərikimya» İB-nin Həmkarlar İttifaqı Komitəsini sədri Vaqif Ömərov çıxışlarında qeyd etmişlər ki, bu gün müstəqil Azərbaycan dövlətinin dinamik inkişaf edərək dünya dövlətləri sırasında öz layiqli yerini tutmasına görə biz hamımız ümummilli lider Heydər Əliyevə borcluyuq. Heydər Əliyevin 1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıdışı qısa bir müddətdə Azərbaycanı düşdüyü fəlakətlərdən xilas etməsi hər birimizin yaddaşına silinməz izlərlə həkk olunmuşdur. Ulu öndər Heydər Əliyevin ardıcıl, uzaqgörən və müdrik siyasəti nəticəsində 1994-cü il sentyabr ayının 20-də «Əsrin müqaviləsi»nin imzalanması Azərbaycanın iqtisadi cəhətdən qüdrətlənməsində və dünya miqyasında nüfuzunun artmasında mühüm rol oynamışdır.

Tədbirdə iştirak və çixiş edən «Azərikimya» İB-nin Baş direktoru İmran Arzumanzadə, Sumqayıtın və buradakı kimya sənayesinin inkişaf və tərəqqisinin bilavasitə Ulu öndərin adı ilə bağlı olduğunu xüsusilə vurğulamışdır. Ümummilli liderin müəyyən etdiyi yolu, daxili və xarici siyasəti uğurla və məqsədyönlü şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iqtisadiyyatın digər sahələri kimi kimya sənayesinə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, hazırda SOCAR-ın «Azərikimya» İstehsalat Birliyinin istehsal gücünün, kimya məhsullarının çeşidinin artırılması məqsə¬dilə yeniləşmə, müasirləşmə proseslərinin həyata keçirilməsi istiqamətdə intensiv tədbirlər görülür, yeni qurğuların tikintisi həyata keçirilir.

Tədbirdə Ulu öndər Heydər Əliyevin hamıya örnək ömür yolundan bəhs edən sənədli film nümayiş olunmuşdur.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !