Paskal Hacıbəyli-Buşe və nəvəsi Bencamin Hacıbəyli Bakı Musiqi Akademiyasının qonağı olublar -

Paskal Hacıbəyli-Buşe və nəvəsi Bencamin Hacıbəyli Bakı Musiqi Akademiyasının qonağı olublar

AZpress.AZ xəbər verir ki, 6 dekabr 2018-ci il tarixində dahi bəstəkar Üzeyir Hacıbəylinin qardaşı yazıçı Ceyhun Hacıbəylinin oğlunun həyat yoldaşı Paskal Hacıbəyli-Buşe və nəvəsi Bencamin Hacıbəyli Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qonağı olublar.

Qonaqlar BMA-nın Tədris işləri üzrə Birinci prorektoru, professor, pedaqoji elmlər namizədi, Əməkdar müəllim Nərminə Quliyeva, Fortepiano fakültəsinin Dekanı, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Nəzakət Rimazi, İfaçılıq fakültəsinin Dekanı, Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə, Tarix-nəzəriyyə fakültəsinin Dekanı, sənətşünaslıq doktoru, professor Gülzar Mahmudova ilə görüşərək Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasındakı təhsil sistemindən və tələbələrin Azərbaycanın hüdudlarında olan uğurlarından söhbət aparılıb.

Bununla yanaşı səfər çərçivəsində Bakının qonağı olan Paskal Hacıbəyli-Buşe və Bencamin Hacıbəyli müxtəlif mədəniyyət müəssisələri, incəsənət və təhsil ocağlarının qonağı olaraq Azərbaycana növbəti səfərindən böyük təəssürat aldığını vurğulayıblar.
 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !