Mərkəzi Neftçilər Xəstəxanasının həkim briqadası Lənkəranda xeyriyyə aksiyası keçirib - + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev)

Mərkəzi Neftçilər Xəstəxanasının həkim briqadası Lənkəranda xeyriyyə aksiyası keçirib + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev)

Dekabrın 8-9-da Lənkəran Şəhər İcra Hakimiyyəti və Səhiyyə Nazirliyinin birgə təşəbbüsü ilə Mərkəzi Neftçilət Xəstəxanasının 20 nəfərlik həkim briqadası Lənkəran Mərkəzi Poliklinikasının binasında xeyriyyə aksiyası keçirib. AZpress.AZ xəbər verir ki, aksiya zamanı şəhər və rayonun ayrı-ayrı yaşayış məntəqələrindən olan vətəndaşlar göz, uşaq xəstəlikləri, ümumi və uşaq cərrahiyyəsi, nevrologiya, ürək-damar xəstəlikləri, ginekologiya, travmatologiya, kardiocərrahiyyə və s. xəstəliklər üzrə pulsuz müayinədən keçməklə yanaşı, həmçinin yerindəcə müalicə ilə də təmin olunublar.
Təcrübəli həkimlər iki gün ərzində ümumilikdə 800-ə yaxın xəstəni müayinə edərək onlara lazımi məsləhətlər veriblər. Daha ağır xəstələrin müalicəsinin Bakı şəhərində davam etdirilməsi tövsiyə olunub.
Vətəndaşlar aksiyanı minnətdarlıqla qarşılayaraq, onun təşəbbüsçülərinə, eləcə də Mərkəzi Neftçilət Xəstəxanasının rəhbərliyinə təşəkkürlərini bildiriblər.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !