Elçin Əlibəylinin apardığı veriliş bağlandı -

Elçin Əlibəylinin apardığı veriliş bağlandı

Elçin Əlibəylinin aparıcısı olduğu "Sehrli ilmələr" verilişi həmişəki vaxtda, şənbə günü saat 12:00-da yayımlanmayıb.

 

AZpress.AZ xəbər verir ki, metbuat.az bununla bağlı Elçin Əlibəyli ilə əlaqə saxlayıb və o xəbəri təsdiqləyib, amma əsas səbəbi açıqlamayıb.


Açıqlama vermək səlahiyyətində olmadığını deyən aparıcı səbəbi Space TV- və layihənin sahibi "Azərxalça" ASC-nin daha dəqiq bildiyini söyləyib.

 

Space TV-nin icraçı direktoru Kamil Şahverdiyev isə qeyd edib ki, layihə 1 aylıq nəzərdə tutulduğu üçün dayanıb.


O, həmçinin bildirib ki, 2019-cu ildə layihə yenidən davam edə bilər. 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !