Dinimiz radikalizm və ekstremizmə qarşıdır ... - + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Astara)

“Dinimiz radikalizm və ekstremizmə qarşıdır”... + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Astara)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yanında Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Astara rayonundakı Təngərüd kənd məscidi dini icması tərəfindən həyata keçirilən “Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində rayonun Maşxan kənd tam orta məktəbində maarifləndirmə tədbiri keçirilib.
AZpress.AZ xəbər verir ki, “Dinimiz radikalizm və ekstremizmə qarşıdır” mövzusunda keçirilən tədbiri giriş sözü ilə açan məktəbin direktoru Bəylər Həsənov çıxışında bu cür maarifləndirmə tədbirlərinin önəmini vurğulayıb. B.Həsənov İslam dininin xeyirxahlıq və mərhəmət dini kimi insanları sülhə və həmrəyliyə dəvət etdiyini bildirib.
DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə çıxışında dinimizin milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olduğunu qeyd edib. Yüksək əxlaqi və mənəvi dəyərləri özündə ehtiva edən İslam dininin humanizm prinsiplərinə söykəndiyini, xurafat, fanatizm, dini radikalizm və ekstremizm kimi mənfi meyillərə qarşı olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Təngərüd kənd məscidi dini icmasının sədri Vahid Allahverdiyev və digərləri mövzu ilə bağlı fikirlərini bildiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !