İstedadlı pianoçunun qastrol səfərləri... - (+FOTOLAR)

İstedadlı pianoçunun qastrol səfərləri... (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, 22 noyabr-3 dekabr 2018-ci il tarixlərində Oktyabriski, Salavat, Ufa, Beloreck və Sibay şəhərlərində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, Orta-ixtisas musiqi məktəbi olan Məktəb-Studiyanın müəllimi Fəqan Həsənlinin silsiləvi konsertləri keçirilmişdir. Qeyd edək ki, Fəqan Həsənliincəsənət sahəsindəbeynəlxalq müsabiqələr laureatıdır və eləcə də müxtəlif milli dövlət mükafatlarına layiq görülmüşdür.
O,22 noyabr Oktyabrski şəhərinin 2 saylı uşaq İncəsənət məktəbinin Böyük zalında, 23 noyabr Salavat Şəhərində, 28 noyabr Z.İsmayılov adına Ufa Dövlət İncəsənət Universitetində, 3 dekabr Sibay İncəsənət kolleci və bir sıra musiqi məktəblərində konsert vermişdir. Tədbirlər konsert, görüş və ustad dərsləri formatında təşkil olunmuşdur.
Silsiləvi konsertləri ilə 5 şəhəri fəth edən istedadlı pianoçu parlaq və bədii cəhətdən rəngarəng proqramına müxtəlif üslubları əhatə edən görkəmli rus və xarici bəstəkarların əsərlərini daxil edərək akademik musiqi pərəstişkarlarını və böyüməkdə olan gənc nəsl musiqiçilərini heyran qoymuşdur.
Belə ki, konsert proqramında – Şopen, Qriq, Raxmaninov, Skriyabin, Prokofyev, Rossini, K.Sen-Sans, Ü.Hacıbəyli, Q.Qarayev, A.Yusifova, Ü.Kazımova, F.Bədəlbəyli yaradıcılığından seçmə musiqi nümunələri və işləmələri ifa edilmişdir.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !