Azərbaycanlı fotoqraflar klublararası dünya çempionatında 82-ci oldular - (+FOTO)

Azərbaycanlı fotoqraflar klublararası dünya çempionatında 82-ci oldular (+FOTO)

AZpress.AZ xəbər verir ki,  Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) təşkilatçılığı ilə 13-cü FIAP Klublarının Dünya Çempionatı keçirilib.
FIAP-ın himayədarlığı altında Şimali İrlandiyada keçirilən klublararası beynəlxalq foto müsabiqənin nəticələri məlum olub. Müsabiqəyə dünyanın 37 ölkəsindən 3760 foto təqdim olunub. Qaydalara görə, hər bir klub ən azı 10 fotoqraf ilə 20-dək foto təqdim edə bilər. Azərbaycanı ilk dəfə bu yarışmada 17 fotoqrafla “Gilavar” Azərbaycan Foto Klubu təmsil edib. Yekunda “Gilavar” Azərbaycan Foto Klubu 322 bal toplayaraq 188 foto klub arasında 82-ci yerdə qərarlaşıb. İlk onluqda isə Rusiya, Bolqarıstan, Böyük Britaniya, Çin, Tayvan və Macarıstandan olan foto klublar yer alıblar.
“Gilavar” Azərbaycan Foto Klubunun üzvləri mütəmadi olaraq FIAP himayədarlığı altında keçirilən fərdi foto müsabiqələrdə iştirak edir və mükafatlar əldə edirlər. Təkcə 2018-ci il ərzində klubun fotoqrafları Azərbaycanın adına 40-dan artıq beynəlxalq mükafat qazandırıblar.
Qeyd edək ki, Beynəlxalq Foto Sənəti Federasiyası dünyada YUNESKO tərəfindən tanınan yeganə fotoqrafiya təşkilatıdır.
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !