Azərbaycan Yazıçılar Birliyinin Xəzər Bölməsi növbəti əruz ədəbiyyatı silsiləsindən növbəti kitabı çap etdirib - (+FOTOLAR)

Azərbaycan Yazıçılar Birliyinin Xəzər Bölməsi növbəti əruz ədəbiyyatı silsiləsindən növbəti kitabı çap etdirib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Xəzər Yazıçılar Birliyi (XYB) bu həftə şer məclisini çağdaş ədəbiyyatın görkəmli nümayəndələrindən biri, Azərbaycan Yazıçılar birliyinin üzvü Əşrəf Pirşağılının “Sən də gəl” kitabının təqdimatına həsr etdi.

Mərasimi giriş sözü ilə AYB-nin Xəzər bölməsinin sədri Arif Buzovnalı açdı. Xəzər bölməsinin məqsəd-məramından söz salan A.Buzovnalı belə tədbirlərin silsilə olaraq keçirildiyini və XYB-nin bir çox şairlərin kitabını çap etdirməyi qarşısına məqsəd qoyduğunu bildirib. Qeyd edib ki, bu nəşrlər Bakı ədəbi mühitinin canlanmasında, Azərbaycan əruz ölçülü şerin daha da sevilməsində öz tarixi rolunu oynayacaq. Bakı ədəbi-mühitinin zənginliyindan danışan sədr, belə kitablardan birinin də “Sən də gəl” əsəri olduğunu söyləyib.

Daha sonra tədbiri müasir dövrdə əruzun təlim və təbliğində xüsusi rol oynayan AYB Xəzər bölməsinin üzvləri davam etdirib, şairinkitabda yer alan qəzəl, qəsidələrdən bir neçəsinisəsləndiriblər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !