Gənc musiqiçilərdən ibarət TÜRKSOY-un Gənclik Kamera Xoru... - (+FOTOLAR)

Gənc musiqiçilərdən ibarət TÜRKSOY-un Gənclik Kamera Xoru... (+FOTOLAR)

Gənc musiqiçilərin türk dünyası mədəniyyətini öyrənməsi və bu mədəniyyətin təbliğ olunması – TÜRKSOY-un Gənclik Kamera Xorunun əsas məqsədidir. Azərbaycan, Qazaxıstan, Qırğızstan, Türkiyə, Türkmənistan, Özbəkistan və Tatarıstandan qatılan gənc musiqiçilərdən qurulan TÜRKSOY-un Gənclik Kamera Xoru 15 iyun 2015-ci il tarixində öz məşqlərinə başladı. 32-ci Türk Dilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi İclasında alınan qərar əsasında yaradılan TÜRKSOY-un Gənclik Kamera Xoru qısa zamanda türk dünyasının fəxri oldu.
TÜRKSOY-un Gənclik Kamera Xorunun bədii rəhbəri və qurucusu- TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti təşkilatının baş katibi, professor Düsen Kaseinovdur. Xorun əsas iki dirijoru vardır. Azərbaycan Respublikasının Xalq artist, TRT Radiosunun Çoxsəsli Xorunun dirijoru Elnarə Kərimova və Qazaxıstan Respublikasının Əməkdar İncəsənət xadimi, Astana Filarmoniyasının Kamera xorunun bədii rəhbəri və dirijoru, Qazaxıstan İncəsənət Universititetinin professoru Gülmira Kuttıbadamova.
Bu günədək TÜRKSOY-un Gənclik Kamera Xoru Almaniyanın − Maqdeburq, Bayroyt, Çex Respublikasının − Praqa, Plzen, Qazaxıstanın −Astana, Pavlodar, Karaqanda, Öskemen, Semey, Türkiyənin bir çox şəhərlərində çıxış etmişdir.
2015-ci ildən bu günədək TÜRKSOY-un Gənclik Kamera Xorunda Azərbaycanı Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının tələbələri təmsil etmişdir.
Hər il böyük və professional proyektlərdə işritak edən TÜRKSOY-un Gənclik Kamera Xoru 2018-ci il oktyabr ayının 12-20 tarixləri arasında TÜRKSOY-un quruluşunun 25-ci il dönümünə həsr olunmuş, Qazaxıstanın Karaganda, Pavlodar, Semey, Öskeme və Astana şəhərlərində keçirilmiş 500 nəfərlik “Astana – Dünyanın səsi” Festivalında iştirak etmişdir. Bu festivalda Azərbaycanı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbə və məzun heyəti − Rüfət Xəlilov ( IV kurs, xor-dirijor), Mahir Tağızadə ( IV kurs, solo oxuma), Tamilla Əhədova (magistr II kurs, bəstəkar), Fatimə Cəfərzadə (magistr II kurs, solo oxuma), İntiqam Allahverdiyev ( magistr I kurs, musiqi texnoloqu) Ülviyyə Məstanova (məzun), Dilarə Mahmudova (məzun), Kamilla Heydərova (MDU, məzun) təmsil etmişdir.
Kamera xorunun ifasında türk dünyasının xalq mahnıları, bəstəkar mahnıları eyni zamanda, klassik və müasir əsərlər səslənmişdir. İştirakçılar sertifikat və təşəkkürnamə ilə təltif edilmişdilər.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !