Nura Suri psixopata aşiq olub - (+FOTOLAR +VIDEO)

Nura Suri psixopata aşiq olub (+FOTOLAR +VIDEO)

Müğənni Nura Suri mətbuat konfransı keçirərək "Gitme" adlı yeni klipini təqdim edib.

 

AZpress.AZ xəbər verir ki, media nümayəndələri ilə yanaşı, məşhurların da qonaq olduğu gecə paytaxtın dəbdəbəli məkanlarından birində gerçəkləşib.

 

Nura Suri konfrans zamanı yeni klipindən söz açaraq çəkilişlərin iki gündə tamamlandığını bildirib:

 

"Mahnın sözləri Zülfi Bədəlova və mənə, eyni zaman da musiqisi də mənə və Əvəz Muradova məxsusdur. Çəkilişlərimiz iki gündə tamamlandı. Klip üçün beş ayrı kostyum tikdirdik və müxtəlif məkanlarda çəkilişlər etdik".

 

Konfrans zamanı bildirilib ki, klip üzərində 15 nəfərlik komanda çalışıb. "Gitme"ni gənc rejissor Nuran Məmmədov ərsəyə gətirib. Müğənninin stili üzərində isə rejissorun özü və Elnur Həsənov çalışıb.

 

Yataq səhnələrinin yeraldığı klipdə müğənni psixopat bir şəxsə aşiq olur.

 

Qeyd edək ki, kliplə eyni zamanda müğənni fotosessiya da etdirib. Fotoların müəllifləri isə Məhəbbət Nəsirov və Raj Stevendir.
 

youtu.be/XM5-oJmuKWw

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !