Azərbaycanda QİÇS-li xəstələrin qorxunc STATİSTİKASI -

Azərbaycanda QİÇS-li xəstələrin qorxunc STATİSTİKASI

 Azərbaycanda indiyədək QİÇS-ı yoluxmuş, bu xəstəlikdən ölmüş adamların yeni statistikası açıqalanıb.

 

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Eldəniz Muradov 1 dekabr QİÇS-lə Mübarizə günü ilə bağlı mətbuat konfransı keçirib.

 

Eldəniz Muradov bu ilin 11 ayı ərzində Azərbaycanda 547 nəfərdə ilk dəfə insanın immunçatışmazlığı virusuna (İİV) yoluxma halı aşkarlandığını deyib. Onlardan 529-u (96,7%) Azərbaycan vətəndaşı, 18-i (3,3%) isə əcnəbilərdir.

E.Muradovun sözlərinə görə, ümumilikdə Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV virusu daşıyan 6111 nəfər qeydiyyata alınıb. Onların da 4320-i (70,7%) kişi, 1791-i (29,3%) qadındır.

 

Mərkəz rəsmisinin sözlərinə görə, bu il QİÇS mərhələsinə keçənlərin və QİÇS mərhələsində aşkarlananların ümumi sayı 149 nəfər olub. Ümumilikdə QİÇS mərhələsində olanlar 1601 nəfər təşkil edir. İİV infeksiyasından dünyasını dəyişən vətəndaşların sayı 950 nəfərdir.

 

2018-ci ilin 11 ayı ərzində İİV-ə yoluxması təsdiq olunmuş şəxslərin 43,8%-ində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi, 44,2%-ində heteroseksual, 2,6 %-ində homoseksual kontakt, 1,8%-ində anadan uşağa ötürülmə yolu, 0,02 %-ində donor qanının köçürülməsi nəticəsində baş verib. Xəstələrin 7,6 %-ində yoluxma yolu müəyyən edilməyib.

 

Bu xəstəlik XX əsrin ortalarında Mərkəzi Afrikada peyda olub və yerli əhaliyə meymunlardan keçib. Sonradan isə Haiti adalarına, oradan da Amerika və Qərbi Avropaya yayılıb.

 

Son məlumatlara görə, dünyada 70 milyondan çox insan bu xəstəliyə yoluxub. Onlardan 35 milyonu QİÇS-dən ölüb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda 36 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir.

 

Bu xəstəliklə mübarizədə mühüm elmi uğurlar əldə edilsə də, hələ ki, tam müalicəsinə nail olmaq mümkün olmayıb. Hər il dünyada 2 milyon insan QİÇS-dən vəfat edir, elə o qədər də insan yoluxur.

 

BMT hər il dekabrın 1-ni QİÇS-lə mübarizə günü elan edib.Məqsəd həmin gün hər yerdə əhalinin diqqətini bu problemə yönəltməkdən, insanları maarifləndirməkdən ibarətdir. Xüsusilə iqtisadi cəhətdən zəif inkişaf etmiş, təhsilin səviyyəsinin aşağı olduğu ölkələrdə bu xəstəlikdən əzab çəkənlərin say çoxluğunu nəzərə alaraq,onlara müxtəlif proqramlar, layihələr vasitəsilə kömək göstərilməsi indi də prioritet vəzifələrdəndir.

 

Azərbaycanda bu xəstəlik ilk dəfə1987-ci ildəölkəmizə gəlmiş əcnəbilərdə aşkarlanıb. O zaman ölkəmizdə QİÇS-ə yoluxmuş 2 nəfər var idisə, indi onların sayı 6 mindən çoxdur.

 

Azərbaycan dövləti QİÇS-in yayılmasının qarşısının alınması haqqında qanun qəbul edib. Cinayət Məcəlləsinə görə, bu xəstəliyi bilərəkdən yayanları 3 ildən 7 ilədək həbs cəzası gözləyir.

 

İİV-ə (insanın immunçatışmazlığı virusu) yoluxmamaq üçün sağlam həyat tərzi keçirmək, sterilizə edilməmiş iynə, şpris, ülgüc, bıçaq və başqa alətlərin istifadəsindən imtina etmək gərəkdir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !