Gürcüstanda növbədənkənar parlament seçkiləri tələbi ilə aksiya keçirilir -

Gürcüstanda növbədənkənar parlament seçkiləri tələbi ilə aksiya keçirilir

Gürcüstan parlamentinin Tbilisidəkibinası qarşısında müxalif “Güc birlikdədir” koalisiyasının kütləvi etiraz aksiyası başlayıb.

 

 

AZpress.AZ -ın  “Report”a istinadən xəbərinə görə, aksiyanın əsas tələbi növbədənkənar parlament seçkiləridir.

 

Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb. Təşkilatçılar aksiyada 10 minlərlə insanın iştirak etdiyini bildirib. Aksiyaya bölgələrdən də qatılanlar var.

 

Etirazçılar qarşısında çıxış edən“Güc birlikdədir” koalisiyasının liderlərindən biri Giorgi Vaşadze təmsil etdiyi birliyin prezident seçkilərinin nəticələrini tanımadığını deyib:

 

“Seçkilər xalqın iradəsini əks etdirmir. Gürcüstan demokratik ölkədir, lakin seçkilər demokratik standartlara uyğun keçirilmədi. Biz, hakimiyyətin xalqa məxsus olması, Gürcüstanın parlaq və demokratik gələcəyi uğrunda mübarizə aparırıq”.

 

Müxalifətçilərin sözlərinə görə, tələbləri yerinə yetirilməyənə qədər aksiyalar davam etdiriləcək.

 

Noyabrın 28-də Gürcüstanda keçirilmiş prezident seçkilərinin II turunda Salome Zurabişvili 59,52% səslə dövlət başçısı seçilib. Müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Qirqol Vaşadze isə 40,48% səs əldə edib. 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !