Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib - + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Ombudsmanın Cəlilabad Regional Mərkəzi və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin birgə təşkilatçılığı ilə Lənkəran Peşə Liseyində 1 dekabr-Ümumdünya QİÇS-lə Mübarizə gününə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib. AZpress.AZ xəbər verir ki, çıxışında Lənkəran Peşə Liseyinin direktoru Afər Kərimov Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın icrası ilə bağlı Lənkəran Peşə Liseyində 2018-ci il ərzində görülmüş işlərdən bəhs edərək, gənclərin daha sağlam ruhda yetişmələri üçün bu cür maarifləndirici tədbirlərin vacibliyindən danışıb.
Daha sonra Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxış edərək 1 dekabr-Ümumdünya QiÇS-lə Mübarizə Gününün qeyd olunmasının əsas məqsədi, 1988-ci ildə təsis edilmiş AİDS-lə Mübarizə Gününün dünya ölkələrinin AİDS-in profilaktikasında əhalinin ümumi məlumatlılığının artırılmasına çağıran BMT sammitindən sonra təsis edildiyini, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əhalinin müxtəlif qruplarının, xüsusilə də uşaq və gənclər arasında sağlam həyat tərzinin geniş təbliği, narkomaniyaya, alkoqolizmə aludə olanların, İİV/QİÇS-ə yoluxmuş şəxslərin hüquqlarının müdafiəsi və reablitasiyası istiqamətində fəaliyyəti barədə geniş məlumat verib. Natiq bu mövzunun daim Müvəkkilin diqqət mərkəzində olduğunu, AİDS və İnsan hüquqları və “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun mühüm müddəalarını şərh edərək, müvafiq Qanunun qəbul edilməsinin bu infeksiyaya qarşı kompleks tədbirlərin həyata keçirilməsinə zəmin yaratdığını, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası”na uyğun olaraq hazırlanmış “2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı”nın bu xəstəliklə bağlı problemlərin köklü surətdə həlli məqsədi ilə profilaktik tədbirlərin həyata keçirilməsinə, xəstələrin davamlı müalicəsi üçün antiretrovirus dərman preparatları, qulluq və dəstəklə təmin edilməsinə, laboratoriya xidmətinin müasir avadanlıqlarla və reaktivlərlə təchizatına və bu sahə üçün kadrların hazırlanmasına yönəldiyini vurğulayıb. Z.İsmayılovun qənaətincə, Tədbirlər Proqramının başlıca məqsədi Azərbaycan Respublikasında İİV infeksiyasının yayılma səviyyəsinin aşağı salınmasından, İİV-lə yaşayan insanların ömrünün uzadılmasından və həyat keyfiyyətinin yaxşılaşdırılmasından, habelə İİV infeksiyasının diaqnostikasının və müalicəsinin təkmilləşdirilməsindən, İİV-yə yoluxmaya yüksək riskli əhali qrupları arasında bu infeksiyanın profilaktikası məqsədi ilə zərərin azaldılması və digər profilaktik tədbirlərin həyata keçirilməsindən, İİV-lə yaşayan insanların zəruri qulluq və dəstək xidmətləri ilə təmin edilməsindən, İİV-lə mübarizə sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsindən, İİV-lə yaşayan insanların dərman preparatları ilə davamlı təminatından, İİV-lə mübarizə xidmətinin kadr potensialının gücləndirilməsindən, əhalinin mütəmadi olaraq İİV-lə mübarizə sahəsində maarifləndirilməsindən və s. ibarətdir.
Tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi İsmayıl İsmayılzadə çıxış edərək insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) səhiyyəyə məlum olma tarixi, onun ağır sosial-iqtisadi nəticələri, yoluxma və qorunma yolları, bununla bağlı ölkəmizdəki və dünyadakı vəziyyət, görülən tədbirlər və digər işlər barədə geniş məlumat verib.
Sonda gənclər Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Lənkəran Regional Laboratoriyasında yerləşən İİV-ə könüllü müayinə və məsləhət məntəqəsində ekspress test üsulu ilə İİV-ə müayinədən keçiblər.
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !