Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti məktəblilərlə görüşüb... - (+FOTOLAR)

Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti məktəblilərlə görüşüb... (+FOTOLAR)

Sumqayıt Dövlət Dram Teatrı son aylarda tamaşaçı ilə ünsiyyəti gücləndirmək, onların bədii-estetik zövqünü, mədəni tələbatını öyrənmək məqsədi ilə bir sıra kreativ ideyalar gerçəkləşdirib.
Teatrın repertuarında önəmli yer tutan Nizami Muradoqlunun "Zülmətdə nur" əsəri dahi dramaturq, mütəfəkkir şair, Azərbaycan aydını Hüseyn Cavidin faciəsinə həsr olunub. Habelə paralel xəttlərdə Cavidin əqidə və qələm dostları Əhməd Cavad və Mikayıl Müşfiqin də nakam talelərinə nəzər salınır. Bu tamaşa orta məktəb şagirdləri , yeniyetmələr üçün də aktualdır. Elə bunu nəzərə alan teatrın direktoru, əməkdar artist Mübariz Həmidovun təşəbbüsü ilə məlum kontingent teatrda səhnə əsərini izlədikdən sonra tamaşanın müzakirəsinə dəvət olunur. İlk təşəbbüs Sumqayıt şəhər 31 saylı məktəbdən gəldi. Qarşılıqlı anlaşmaya görə noyabrın 30-da məktəbin akt zalında gerçəkləşən tədbirdə yaradıcı heyət alqışlarla qarşılandı. Məktəbin direktoru əməkdar müəllim Xanım Əhmədova çıxış edərək layihənin aktuallığından danışdı. Xanım müəllimə bildirildi ki , orta məktəbin ədəbiyyat proqramında H.Cavid, Ə. Cavad və M. Müşviq tədris olunur. Tamaşada şagirdlər nəzəriyyədə oxuduqlarını vizual seyr edə bilirlər , bir anlıq o illərin acı günlərini yaşayırlar , böyük söz ustadlarımızın keçirdikləri iztirabları hiss edirlər. Bu tip tamaşalar milli dəyərlərimizin, mədənyyətimizin, tariximizin məktəblilərə aşılanmasında mükəmməl vasitədir. Bu çox gözəl təşəbbüs, uğurlu addımdır. Daha sonra yaradıcı heyət- tamaşanın quruluşçu rejissoru xalq artisti Firudin Məhərrəmov, Cavid əfəndi obrazını məharətlə canlandıran aktyor Habil Xanlarov, Əməkdar artistlər Rauf Ağakişiyev (Əhməd Cavad), Sədaqət Nuriyeva (Şükriyyə xanım), Cəlal Məmmədov (Mikayıl Müşfiq) və aktyorlar Şəmistan Süleymanlı (Ərtoğrul), Oktay Mehdiyev (İblis) məktəblilərin suallarını cavablandırdı, təəssüratlarını dinlədi.
Sonda yaradıcı heyət isti münasibətə, səmimi diskussiyaya görə məktəb rəhbərliyinə təşəkkürünü bildirdilər. Qeyd edək ki, teatrın belə layihələri gələcəkdə də davam etdiriləcək.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !