Mingəçevirdə XARI BÜLBÜL gənclərin yaradıcılıq festivalı keçirildi - (+FOTOLAR)

Mingəçevirdə “XARI BÜLBÜL” gənclərin yaradıcılıq festivalı keçirildi (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Gənclər üçün Təhsil Mərkəzi ilk dəfə olaraq, Mingəçevir şəhərində “Xarı Bülbül” gənclərin yaradıcılıq festivallını keçirmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə çərçivəsindən keçirilən festivalın əsas məqsədi Qarabağın mədəni incilərini təbliğ etmək, gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılmasına və artırılmasına yardımçı olmaq, habelə uşaq və yeniyetmələrdə yaradıcılığa maraq oyatmaq idi.
Festival 2 gün davam etmiş, yeniyetmə və gənclərin böyük marağına səbəb olmuşdur. Yeniyetmə və gənclər yaradıcılığın müxtəlif sahələrində öz bacarıqlarını nümayiş etdirmək imkanı əldə etmişlər.
Qeyd edək ki, bir neçə ay bundan öncə, Mingəçevir şəhərində festivalın keçirilməsi üçün yaradıcılıq dərnəyi qurulmuş, iştirakçı olmaq istəyənlər bu dərnəklərdə bütün hazırlıq işlərini həyata keçirmişlər. Dərnəklərdə gənclərin istifadəsi üçün zəruri olan musiqi avadanlıqları, rəsm və digər sahələr üzrə müvafiq materiallar yerləşdirilmiş, o cümlədən yaradıcılıq təlimləri keçirilmişdir.
Mərkəzdən verilən məlumata görə, festivalın keçirilməsinə qədər Mingəçevir şəhərində davamlı olaraq istedadlı gənclərin tapılıb, qurulmuş yaradıcılıq dərnəyinə cəlb olunması işləri aparılmışdır. Dərnək imkan vermişdir ki, qismən yaradıcılıq qabiliyyəti olan yeniyetmə və gənc burada öz bacarıqlarını inkişaf etdirsin, özünü cəmiyyətə tanıtsın və inkişaf etmiş yaradıcı insana çevrilsin.
Qeyd edək ki, Mərkəz tərəfindən “Xarı Bülbül” gənclərin yaradıcılıq festivallarının hər il keçirilməsi, Qarabağın mədəni incilərinin bu tədbirlər vasitəsilə gənc nəsil arasında təbliği nəzərdə tutulur.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !