Mənəfi dəyərlərin təbliğinə həsr olunmuş maarifləndirici tədbir - + FOTOLAR – AZpress.AZ (Ağaddin Babayev, Lənkəran)

Mənəfi dəyərlərin təbliğinə həsr olunmuş maarifləndirici tədbir + FOTOLAR – AZpress.AZ (Ağaddin Babayev, Lənkəran)

Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Lənkəran şəhərinin Kiçik Bazar “Hüseyniyyə” məscidi dini icması tərəfindən həyata keçirilən “Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində rayonun Liman şəhərindəki “Cümə” məscidində maarifləndirici tədbir keçirilib.
AZpress.AZ xəbər verir ki, tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərindən bəhs edərək, bu dəyərlərin qorunmasının vacibliyinə diqqət çəkib. Q.Məmmədov milli-mənəvi dəyərlərimizin və gənclər arasında vətənpərvərliyin təbliğ edilməsinin zəruriliyini qeyd edib.
DQİDK-nin əməkdaşı Tural Əliyev çıxışında dini radikalizm, onun mahiyyəti, radikal dini qrupların təbliğat metodları, eləcə də dini radikalizmə qarşı aparılan mübarizə tədbirləri haqqında məlumatları iştirakçıların diqqətinə çatdırıb. Əlavə edib ki, milli-mənəvi dəyərlərimizin və vətənpərvərliyin təbliğ edilməsi dini radikalizmə qarşı mübarizədə olduqca effektivdir.
Qafqaz Müsəlmanları İdarəsinin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə çıxışında İslam dininin mərhəmət və həmrəylik dini kimi, insanları sülhə çağırdığını, dini radikalizmə qarşı olduğunu vurğulayıb.
Liman şəhərinin ağsaqqalı, yazıçı-publisist Səyavuş Süleymanlı və digərləri mövzu ilə bağlı fikirlərini bildirərək, keçirilən tədbirə görə Mənəvi Dəyərlərin Təbliği Fonduna minnətdarlıqlarını ifadə ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !