AzTU-da Əbədiyyətə qovuşanlar kitabının təqdimatı keçirilib - (+FOTOLAR)

AzTU-da “Əbədiyyətə qovuşanlar” kitabının təqdimatı keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, noyabrın 30-da Azərbaycan Texniki Universitetinin (AzTU) Şəhid və Milli Qəhrəman olmuş məzunlarından bəhs edən “Əbədiyyətə qovuşanlar” kitabının təqdimat mərasimi keçirilib. Şəhid ailələrinin, universitet kollektivinin, tələbələrin və Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin iştirak etdiyi tədbirdə, əvvəlcə AzTU-nun Şəhidlər abidəsi önünə gül qoyulub.

Vətən uğrunda canını fəda edən Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra AzTU-nun prorektoru, professor İsa Xəlilov tədbiri açıq elan edib və kitabın ərsəyə gəlməsində əməyi keçənlərə universitet kollektivi adından təşəkkür edib. İsa Xəlilov bildirib ki, 1990-cı illərin əvvəllərində Azərbaycan ordusunun, xüsusi ilə artileriya hissəsinin formalaşmasında AzTU məzunlarının müstəsna rolu olub. Qeyd olunub ki, Qarabağ uğrunda gedən döyüşlərdə, 20 Yanvar hadisələrində, həmçinin, dövlətimizin suverenliyi uğrunda onlarla AzTU məzunu Şəhid olub, on nəfər Milli Qəhrəman adına layiq görülüb. Vurğulanıb ki, Şəhidlərin xatirəsinin əziz tutulması, onların qəhrəmanlığının gənclərə örnək olması üçün AzTU-da silsilə tədbirlər həyata keçirilir. Universitetdə muzey yaradılıması, kitab nəşri, film hazırlanması, eləcə də mütəmadi olaraq Şəhid ailələri ilə görüşlər diqqətə çatdırılıb.

“Əbədiyyətə qovuşanlar” kitabının müəllifi, AzTU kitabxanasının şöbə müdiri Zöhrə Məmmədova kitabın hazırlanması prosesindən, həmçinin bu ideyanın formalaşmasından danışıb. Zöhrə Məmmədova bildirib ki, Şəhidləri xatırlamaq, onların xatirəsini əbədiləşdirmək vətəndaş olaraq hər kəsin borcudur. Bu mənada, vətəndaşlıq borcunu yerinə yetirdiyini deyən müəllif, yaxın zamanlarda kitabın rus və ingilis dilində olan versiyalarının da nəşr olunacağını qeyd edib.

“Əbədiyyətə qovuşanlar” kitabının kordinatoru Eldar Əzizov, AzTU-nun Şəhid məzunu Əbdülməcid Axundovun anası Ceyran Məmmədova, Milli Qəhrəman Şövqiyar Abdullayevin qardaşı Elcan Abdullayev, AzTU-nun Tələbə Gənclər Təşkilatının sədri Zərifə Əlizadə çıxış edərək kitab haqqında təəsüratlarını bölüşüblər.

Sonda tədbir iştirakçılarına müəllifin imzalı kitabları təqdim olunub.
 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !