Prezidentlər İlham Əliyev və Putindən Tahir Salahova təbriklər... -

Prezidentlər İlham Əliyev və Putindən Tahir Salahova təbriklər...

İlham Əliyev Tahir Salahova zəng etdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Tahir Salahova telefonla zəng edib.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatına görə, dövlətimizin başçısı müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Tahir Salahovun fəaliyyətini yüksək qiymətləndirib, onu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.

Tahir Salahov telefon zənginə və təbrikə görə Prezident İlham Əliyevə təşəkkür edib və onu Azərbaycanın yüksək dövlət mükafatına - 1-ci dərəcəli “Əmək” ordeninə layiq gördüyünə görə dərin minnətdarlığını bildirib.

Dövlətimizin başçısı Tahir Salahova möhkəm cansağlığı və fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. 

 

                                                                                   ***

 

Putindən Tahir Salahova TƏBRİK

 

Rusiya Prezidenti Vladimir Putin SSRİ, RF və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovu 90 illik yubileyi münasibətilə təbrik edib.

Təbrikdə bildirilir: "Siz nadir istedada və böyük yaradıcılıq planlarına malik insan kimi tələbat olan rəssam və pedaqoqsunuz, parlaq və bacarıqlı tələbələr pleyadası yetişdirmisiniz".

Qeyd olunur ki, T.Salahov müxtəlif planlı, maraqlı sərgi və bərpa layihələrinin reallaşmasına böyük şəxsi töhfə verib.

Prezident Xalq rəssamına cansağlığı və müvəffəqiyyətlər arzulayıb.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !