Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər ... - +FOTOLAR ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”... +FOTOLAR ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

Noyabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ağcabədi Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Ağcabədidə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, müəllimlər, gənclər və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan seminar-treninqi giriş sözü ilə açan RİH başçısının müavini Naibə Mustafayeva rayondakı dini durum barədə tədbir iştirakçılarına məlumat verib. O qeyd edib ki, rayon ərazisində dini durum sabitdir, dindarlara və dini icmalara diqqət və qayğı göstərilir.
Daha sonra çıxış edən DQİDK-nın sədr müavini Gündüz İsmayılov respublikamızda ictimai-siyasi sabitliyin hökm sürdüyünü, dövlət-din münasibətlərinin yüksək səviyyədə təmin olunduğunu diqqətə çatdırıb. Dini radikalizm və onunla mübarizə yollarından da danışan sədr müavini bildirib ki, hüquq mühafizə orqanları ölkəmizdə ekstremizmin və radikallıq meyillərinin qarşısının alınması məqsədilə ardıcıl və sistemli tədbirlər həyata keçirir. Radikal təriqətlərin ölkəmizdə yayılmasına imkan verilməməsi, xaricdə fəaliyyət göstərən silahlı birləşmələrin tərkibində döyüşən gənclərlə bağlı həyata keçirilən tədbirlər bu fikri təsdiq edən amillərdəndir. G. İsmayılov onu da deyib ki, ekstremizmə qarşı mübarizənin gücləndirilməsi və radikallıq meyillərinin qarşısının alınması ilə bağlı müddəalar Azərbaycan Respublikasının Qanunlarında da öz əksini tapıb. DQİDK-nın sədr müavini vurğulayıb ki, Dövlət Komitəsi radikalizmlə mübarizə tədbirləri çərçivəsində dini maarifləndirmənin xüsusən gənclər arasında aparılmasının tərəfdarıdır.
Gündüz İsmayılov eyni zamanda bildirib ki, yad dini ideologiyaların yayılması cəhdlərinin qarşısının alınmasında gənclər arasında milli-mənəvi, xüsusilə dini dəyərlərin təbliğinin düzgün aparılması xüsusi önəm daşıyır. Onun sözlərinə görə, milli-mənəvi dəyərlərin təbliğində, eləcə də maarifləndirmə işinin aparılmasında bütün vətəndaşlar fəal iştirak etməlidirlər.
Tədbir iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !